Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində görüşməsi ehtimalı var, lakin bunların tamhüquqlu danışıqlar olub-olmayacağı hələ məlum deyil.
Elchi.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək.
“Liderlər arasında şəxsi münasibətləri nəzərə alsaq, görüş, salamlaşma, “ayaq üstə” söhbət ehtimalı var. Lakin bunların tamhüquqlu danışıqlar olub-olmayacağı hələ məlum deyil”, – agentliyin həmsöhbəti liderlər arasında Çində danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Yeganə


















