Rusiya prezidenti Vladimir Putin inşaatçıları peşə bayramı münasibətilə təbrik edib.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, Putin sahənin nümayəndələrinə yeni nailiyyətlər və ən xoş arzularını çatdırıb.
Onun sözlərinə görə, sənayedə həmişə ixtisaslı və fədakar mütəxəssislər çalışıb.
“Şəhərlər və qəsəbələr onların əməyi və istedadı ilə salınıb, sənaye və enerji obyektləri, sosial və nəqliyyat infrastrukturu istifadəyə verilib. Sevindirici haldır ki, bu gözəl quruculuq ənənələri bu gün müasir mütəxəssislər tərəfindən layiqincə davam etdirilir”, – təbrik teleqramında deyilir.
Putinin qeyd etdiyi kimi, müasir Rusiyada tikinti sənayesi haqlı olaraq milli iqtisadiyyatın lokomotivlərindən biri hesab olunur. Ölkədəki çətin vəziyyətə baxmayaraq, irimiqyaslı infrastruktur layihələri uğurla həyata keçirilir.
Yeganə