Rusiya Prezidenti Vladimir Putin bildirib ki, tarixi yenidən yazmaq cəhdləri Rusiya Federasiyasını zəiflətməyə yönəlib.
Elchi.az Tass-a istinadən xəbər verir ki, Putin bu barədə “Qələbə” təşkilat komitəsinin iclasında çıxış edərkən söyləyib.
“Bir sıra dövlətlərin dünya tarixini yenidən yazmaq və yenidən formalaşdırmaq cəhdləri getdikcə daha aqressiv xarakter alır. Bütün bunlar ümumilikdə cəmiyyətimizə münasibətdə bir sıra məqsədi güdür-Rusiyanı parçalamaq, zəiflətmək və suverenliyimizə təsir edərək onu sarsıtmaq!”, – deyə dövlət başçısı bildirib.
Yeganə