Putin sui-qəsddən qorxduğu üçün bu addımı atdı – FOTO

52

Rusiya Prezidenti Vladimir Putin Kremldə tək nəfərlik Milad mərasimi təşkil edib.

Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Miladı Kreml Sarayı daxilində olan tarixi kilsədə yalnız 6 dini məmurun müşayiəti ilə qeyd edib.

Bildirilib ki, ötən illərdə Putin Miladı pravoslavlarla birgə qeyd etməyi üstün tuturdu.

Bir çox şəxs onun sui-qəsddən qorxduğu üçün bu addımı atdığını bildirib.

Belə ki, Putin Rus Patriarxı Kirilin Kremldən 2 km aralıda yerləşən “Xilaskar Məsih” kilsəsində keçirilən mərasiminə də qatılmayıb.