Rusiya qoşunları Ukrayna sərhədində yerləşən bölgədən geri çəkməsi istiqamətində hər hansı ciddi addım atmayıb.
ANS TV–nin məlumatına görə, bu bəyanatı NATO-nun Ali Ordu rəsmisi edib. NATO-nun Amerikalı İttifaq Kommandiri general Filip Bridlou Yunanıstanın, Tesaloniki şəhərində verdiyi açıqlamada, Rusiyanın qoşunlarının geri çəkməsinin regionda vəziyyətin sabitləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib. Şənbə günü Rusiya prezidenti Vladimir Putin Rostov vilayətinə dislokasiya olmuş 17600-ə yaxın hərbçinin, əvvəlki hərbi hissələrinə qayıtmasına dair göstəriş fərman verib.
Rostov vilayəti rusiyayönümlü separatçıları aprel ayından bəri Ukrayna ordusuna qarşı savaşdığı Şərqi Ukrayna ilə sərhəddə yerləşib. Rəsmi Kreml buna qədər Rostova dislokasiya edilmiş qoşunların sadəcə hərbi təlimlərdə iştirak etdiyini bildirib. Ukrayna höküməti isə Qərbi Rusiya separatçılarını silahlandırmaqda, onlara hərbi mütəxəsislər və döyüşçülərlə yardım göstərməkdə təqsirləndirir.
Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...
Son şərhlər