Müharibədən əvvəl Putin məni əmin etmişdi ki, Vladimir Zelenskini aradan götürməyəcək.
Elchi.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.
Onun sözlərinə görə, Rusiyanın hücumundan sonra Zelenski ondan Putinlə əlaqə saxlamağı xahiş edib. Bundan sonra Bennet tərəflər arasında vasitəçi olmağı üzərinə götürüb.
“Mən Putindən soruşdum: “İstəyirəm söz verəsiz ki, Zelenskini öldürməyəcəksiz”. O da mənə Zelenskiyə toxunmayacağına söz verdi”, – Bennet bildirib.
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır
Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...




















Son şərhlər