Rusiya prezidenti Vladimir Putin Kommunist Partiyasının lideri Gennadi Züqanov görüşündə müdafiə və təhlükəsizlik məsələlərində Kommunist Partiyası ilə heç vaxt münaqişəsinin olmadığını deyib. Dövlət başçısı partiyanın siyasi müzakirəyə verdiyi töhfəni də qeyd edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Putinin sözlərinə görə, Rusiya Federasiyası Kommunist Partiyası siyasi müzakirələrə, ölkənin sosial və iqtisadi sahədə inkişafı üçün ən məqbul və rasional həll yollarının axtarışına mühüm töhfə verir.
Putin vurğulayıb ki, Rusiya Federasiyası Kommunist Partiyası tez-tez bütün səviyyələrdə dövlət orqanlarına ölkənin təhlükəsizliyi ilə bağlı həm bu gün, həm də gələcəkdə suallar verir.
Mövcud xarici siyasət vəziyyətindən danışan Putin Rusiyanın hazırkı münaqişədə qalib gələcəyinə əmin olduğunu bildirib.
“Biz qalib gəlməyə borcluyuq və qalib gələcəyik”, deyə Putin qeyd edib.
Putinlə Züqanov arasında görüş “Rossiya 24” telekanalı və “Watch” media platforması tərəfindən yayımlanıb.
Yeganə