Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir.
Elchi.az xəbər verir ki, 2022-ci il dekabrın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb.
Sənəddə deyilir ki, müqavilələrdə neftin “tavanı” şərti varsa, indi neft tədarükü qadağandır. O da qeyd edilir ki, nefti belə şərtlə tədarük etmək olar, ancaq ölkə prezidentinin xüsusi icazəsi ilə.
– Bu Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir, fərmanda deyilir.
Dekabrın 15-də Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Qərb ölkələrinin Rusiya neftinin “qiymət tavanı” ilə bağlı qərarına cavab tədbirləri haqqında fərmanının tezliklə dərc olunacağını bildirib.
2022-ci il dekabrın 5-də Rusiya nefti üçün G7 ölkələri, Avstraliya və Avropa İttifaqının razılaşdırdığı “qiymət tavanı” fəaliyyətə başladı.
Bununla belə, Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya tərəfi “qiymət tavanı” prinsipinə əməl edəcək ölkələrə neft və neft məhsulları tədarük etmək niyyətində deyil.
Məryəm