ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Rusiyaya qarşı bir quruluş olmadığını, ancaq Rusiyanın təcavüzü nəticəsində özünü gücləndirdiyini ifadə edərək, Vladimir Putinin NATO ittifaqını gücləndirmək üçün dünyada hamıdan çox çalışdığını deyib.
Elchi.az xəbər verir ki, Blinken bu barədə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən sessiyada çıxışı zamanı bildirib.
Rusiyanın NATO-nu parçalaya biləcəyini düşündüyünü qeyd edən Blinken həmçinin bildirib:
“Ancaq bunun əksi oldu. 30 illik karyeramda ittifaqın bu qədər vahid və yeni üzvlərə açıq olduğunu görməmişdim”.
Putinin öz ölkəsinə də zərər verdiyini vurğulayan Blinken qeyd edib:
“Ukraynada 200 min rus həyatını itirdi. 1 milyondan çox rus bu müharibənin bir parçası olmamaq və ölkənin getdiyi yolla getməmək üçün ölkələrini tərk etdi. Rusiyada bizneslə məşğul olan mindən çox şirkət var. Çox şirkətlər artıq bunu etmirlər, çünki onların imicinə dəyən ziyan görəcəkləri işdən daha çoxdur”.
İclasın sual-cavab hissəsində Blinken Rusiyanın Avropaya təcavüzünü artırma ehtimalına qarşı NATO-nun şərq cinahının gücləndirilməsinə qərar verildiyini bildirib:
“NATO ölkələrini ən kiçik millimetrə qədər müdafiə edəcəyik. NATO-nun Litvada keçiriləcək növbəti sammitində şərq və cənub cinahlarının gücləndirilməsi məsələləri müzakirə olunacaq”.
“Çin rus ritorikasını yaymaqda davam edir”
Ukraynaya verilən silahların ölkənin əlində olan silah sistemlərindən fərqli olduğunu ifadə edən Blinken, ölkələrin Ukraynaya yardımlarının müxtəlif sahələrdə olduğunu qeyd edib.
Təcavüz və müharibə olduqda tərəfsizliyin ola bilməyəcəyini söyləyən Blinken qeyd edib:
“Çin Rusiyaya təcavüzünü davam etdirəcək hərbi yardımını davam etdirməməli və Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək sanksiyaları pozmamalıdır. Biz bunu etdik. Çinli həmkarlarımıza aydındır ki, istənilən hərbi yardım və sanksiyaları pozmaq ciddi problemlər yaradacaq. Diqqətli olun. Biz bir şəkildə izləyirik, çünki Çin hələ də BMT və digər platformalarda Rusiya ritorikasını yaymağa davam edir”.
Yeganə