Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı təbii qaz, neft və nüvə enerjisi ilə bağlı sanksiyalarını dəstəkləmir.
Elchi.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən illik qiymətləndirmə toplantısında çıxış edən Orban ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülhün tərəfdarı olduğunu, insanların həyatının ancaq atəşkəs və təcili sülh danışıqları ilə xilas ola biləcəyini bildirib.
Orban Rusiyanın Avropa üçün təhlükə yaratmasını da istəmədiklərini, ona görə də suveren Ukraynanın mövcudluğunu da dəstəklədiklərini bildirib.
“NATO hərbi yox, müdafiə ittifaqıdır”
Orban qeyd edib ki, müharibə iki slavyan ölkəsi arasında gedir. O, həmçinin vurğulayıb ki, NATO hərbi yox, ancaq müdafiə ittifaqıdır.
“Aİ-nin sanksiyalarını dəstəkləmirik”
Ölkəsinin Ukraynaya humanitar yardım etdiyini, lakin Rusiya ilə münasibətləri pozmadığını bildirən Orban, Macarıstanın təbii qaz, neft və nüvə enerjisi ilə bağlı Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmədiyini bildirib.
Orban tərəflərdən birinə silah göndərməklə, hərbi əməliyyatlar üçün lazım olan peyk məlumatlarını verməklə, əsgərlərini öyrətməklə və qarşı tərəfə sanksiyalar tətbiq etməklə Avropanın müharibəyə sürükləndiyini, hətta dolayı yolla müharibənin bir parçası olduğunu iddia edib.
Orban həmçinin Kahramanmaraşda baş verən zəlzələlər zamanı Macarıstandan olan 176 nəfərlik axtarış-xilasetmə qrupunun Türkiyədə çalışdığını və 35 nəfərdən çox insanın dağıntılar altından xilas edildiyini bildirib, eyni zamanda axtarış-xilasetmə qruplarına təşəkkür edib.
Yeganə