Norveç baş naziri Yonas Qar Store Ukraynanın Rusiya tərəfindən tam hüquqlu hücuma məruz qaldığını ifadə edərək bildirib ki, Ukraynanın özünü müdafiə etmək haqqıdır.
Elchi.az xəbər verir ki, Store Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Norveçin müharibə başlayandan bəri Ukraynanın mübarizəsini dəstəklədiyini bildirib.
NATO-nun ABŞ, Kanada və Avropa üçün fövqəladə əhəmiyyət kəsb etdiyini qeyd edən Store bildirib:
“Bu əməkdaşlığı dərinləşdirməyə ehtiyacımız var. Hətta İsveç və Finlandiyanın üzvlük müraciəti belə bir dəyişiklikdir. Birdən Şimal-Şərqi Avropada geosiyasi mühit dəyişir. Şimali Norveç və Baltik dənizi vahid konsepsiyada birləşdirilib və region indi qarşılıqlı fəaliyyət üçün planlaşdırmağa başlaya bilər”.
NATO-nun şərq cinahı gücləndirilməlidir
Latviya prezidenti Egils Levits də Rusiyanın müharibəsinin ideoloji olduğunu və Moskva administrasiyasının Ukraynaya qarşı müharibəsinin 19-cu əsrin imperialist və irqçi düşüncəsinin bir parçası olduğunu bildirib.
Rusiyanın təcavüzkar ölkə olduğunu dilə gətirən Levits, NATO-nun şərq cinahında olan ölkələrin güclənməsinin vacibliyini vurğulayıb.
Yeganə