Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kursk vilayətinin inkişafına ciddi diqqət yetirir.
Elchi.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya lideri Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteynlə daim əlaqə saxlayır.
“Putin Kursk vilayətinin inkişafına böyük diqqət yetirir; bu, hazırda çətinliklərlə üzləşən mühüm regiondur”, – Peskov brifinq zamanı deyib.
Xatırladaq ki, dekabrda Xinşteyn şəxsən Vladimir Putinə Kiyev rejiminin yaraqlılarının işğalından əziyyət çəkən bölgənin bərpası prosesi barədə məlumat vermişdi.
Yeganə





















