Prezident qeyd edib ki, Rusiya faşizmlə mübarizə aparır, Ukrayna isə yox.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Donbass Könüllüləri İttifaqının IX Qurultayında xüsusi əməliyyat zonasında könüllülər və hərbi qulluqçuların Kiyevdə hakimiyyəti ələ keçirmiş neonasistlərin təcavüzündən Rusiyanın tarixi torpaqlarını azad etdiyini bəyan edib.
“Kiyevdə hakimiyyəti ələ keçirmiş neonasistlərin Donbassın dinc sakinlərinə qarşı törətdiyi təcavüzün ilk günlərindən böyük ölkəmizin bütün bölgələrindən silahlı birləşmələr və könüllülər ürəklərinin çağırışı ilə qardaşlarının köməyinə gəldilər. “Putin deyib.
Dövlət başçısı Rusiya Silahlı Qüvvələrinin və könüllü birləşmələrin sıralarında birliyin üzvlərinin Vətəni müdafiə etdiyini, tarixi torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb.
Şayəstə Hüseynova