Medvedev: Bəşəriyyət üçün təhlükə yaradan iqlim deyil, Bayden kimi insanlardır.
Elchi.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, ABŞ prezidenti Co Bayden bəşəriyyət üçün təhlükə yaradır.
Amerika liderinin Rusiya prezidenti Vladimir Putini təhqir etdiyi çıxışına siyasətçi məhz belə reaksiya verib. Sonra Ağ Evin rəhbəri iqlimin bəşəriyyət üçün ekzistensial təhlükəyə çevrildiyini bildirib.
“ABŞ prezidentinin dediklərindən fərqli olaraq, ekzistensial təhlükəni iqlim deyil, Bayden kimi dəliliyə düçar olmuş və Rusiya Federasiyasına qarşı müharibəyə başlamağa hazır olan yararsız qocalar yaradır”, – sədr müavini Rusiya Təhlükəsizlik Şurasının X səhifəsində yazıb.
Şayəstə Hüseynova