Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
“Təbrik teleqramında Putin qeyd edib ki, ötən il Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri çox uğurla inkişaf edib və liderlərin müntəzəm görüşləri müxtəlif sahələrdə qarşılıqlı faydalı razılaşmaların əldə olunmasına töhfə verib.
Həm ikitərəfli gündəliyin aktual məsələləri üzrə, həm də Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli birgə işin davam etdiriləcəyinə ümid ifadə olunub”, – məlumatda bildirilib.
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...





















Son şərhlər