Əgər Putinə qətllərdən yayınmağa icazə verilsə və Avropanın sərhədlərini güc yolu ilə dəyişdirmək imkanı verilsə, o bunu edəcək.
Bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.
“Rusiya-Ukrayna müharibəsinin növbəti bir neçə ayı çətin olacaq. Putin hesab edir ki, mülayim avropalı siyasətçilərin döyüşməyə cəsarəti çatmayacaq. Bu qış biz sanksiyaları dayandırıb Rusiya nefti və qazı üçün yalvarmağa başlayacağıq. O, inanır ki, biz Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə müqavilə imzalamağa məcbur edəcəyik. Bu, dəlilik olardı. Bu amansız qol güləşində Ukrayna xalqı qalib gələcək”, – Conson bildirib.
G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır
Xarici işlər naziri Sıbiha: G7 liderləri Putin və Zelenski arasındakı görüşü sülhə aparan əsas amil hesab edirlər. Elchi.az xəbər verir...





















Son şərhlər