14:28
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə telefon danışığı baş tutub.
Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya gündəmində olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Xüsusilə, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda qeyd olunub.
Peru sahillərində zəlzələ baş verib
Sakit okeanda, Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir. Məlumata...





















Son şərhlər