Qarşılıqlı razılığa əsasən, Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrikaya getməyəcək.
Elchi.az Tass.ru-ya istinadən xəbər verir ki, sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Bu barədə çərşənbə günü Cənubi Afrika prezidenti Siril Ramafosanın ofisinin rəsmi saytı məlumat yayıb.
“Qarşılıqlı razılaşmaya əsasən, Rusiya Federasiyasının prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcək. Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov təmsil edəcək”,-deyə mətndə qeyd olunub.
Yeganə