Putin: biz mütləq hamıya kömək edəcəyik

171

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov məlumat verib.
Elchi.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bazar ertəsi, mayın 8-də bildirib ki, prezident Vladimir Putin Kurqan vilayətində baş verən yanğınlar nəticəsində zərərçəkmiş hər kəsə yardım edəcəyinə söz verib. İdarə rəisi belə bir bəyanatla dövlət başçısı ilə telefon danışığından sonra çıxış edib.
“Vladimir Vladimiroviç indicə dedi ki, biz mütləq hamıya kömək edəcəyik” dedi Kurenkov.
Kurqan vilayətinin qubernatoru Vadim Şumkov da öz növbəsində əlavə edib ki, regional hakimiyyət də yanğından zərər çəkənlərə bütün lazımi yardımı göstərəcək.

Şayəstə Hüseynova