"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Putin Azərbaycana satılan silahlardan danışdı

31 Mart 2016 - 11:08
in XƏBƏR LENTİ
FacebookVatsap
 Putin Azərbaycana satılan silahlardan danışdı

Kremlin ikili standartı: Rusiya ölkəmizə həm silah satır, həm də Bakını “Gürcüstan ssenarisi” ilə hədələyir – nonsens? Düşmən ölkənin eksperti: “Həmin ərazilər Azərbaycan torpaqlarıdır, zaman xeyrimizə işləmir…”

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Dağlıq Qarabağ probleminin həllində Rusiyanın əsas tormozlayıcı qüvvə olduğu və işğalçı Ermənistanın arxasında dayandığı bir daha öz təsdiqini tapmış oldu. Kremlə yaxın “Valday” ekspert qrupunun hazırladığı və təzəcə geniş ictimaiyyətə təqdim edilən hesabatın Dağlıq Qarabağ münaqişəsinə aid hissəsi buna şübhə yeri saxlamır. 
Xəbər verdiyimiz kimi, “Beynəlxalq hədələr – 2016″ adlı həmin sənəd Rusiya üçün əsas strateji hədələrdən bəhs edir və onlardan biri kimi Qarabağ konflikti göstərilir.
Sitat: “2016-cı ildə Rusiya üçün sıravi vətəndaşlara elə də aydın olmayan hədələr də var. Söhbət öncəliklə Dağlıq Qarabağda konfliktin qızışmasından gedir – hansı məsələ ki, Suriya və Ukrayna böhranları üzündən ikinci plana keçib, lakin əsla az təhlükəli deyil. Son zamanlar orada artilleriya qurğularından istifadə olunmaqla atışmalar güclənib, tərəflər əsl silahlanma yarışına girib. Hadisələrin belə inkişafı Bakı və Moskvanın maraqlarının kəskin toqquşmasına, Rusiyanın Ermənistan tərəfdə müharibəyə qoşulmasına və 2008-ci il ”Gürcüstan ssenarisi”nin təkrarlanmasına gətirə bilər. Bu isə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsini vəd edir, ona görə ki, Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyir – müvafiq şəkildə Ermənistanı və Azərbaycanı”.
***
 
Ötən sayımızda qeyd elədiyimiz kimi, bu, artıq rəsmi Bakını “Gürcüstan ssenarisi” ilə açıqca hədələməkdir – baxmayaraq ki, Azərbaycan Rusiyanın əsas silah alıcılarından biri olaraq qalır. Yeri gəlmişkən, srağagün Rusiya prezidenti Vladimir Putin Azərbaycana satılan silahlardan da danışıb. 
Nijniy Novqorodda, silah ixracına dair məsələlərin müzakirə olunduğu iclasda Putin bəyan edib ki, Rusiya silahlarına tələbat sürətlə artır (virtualaz.org). “Kommersant” qəzetinin yazdığına görə, bu zaman Rusiya lideri Azərbaycanla 2011-ci ildə imzalanmış müqaviləyə də istinad edib. Həmin müqaviləyə əsasən, Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.
“Kommersant” iclasın tənqidlərsiz də ötüşmədiyini yazıb. Belə ki, Putin 2011-ci ildə Fransadan iki “Mistral” vertolyotdaşıyan gəmisinin alınmasına dair bağlanmış müqavilənin şərtlərinin Rusiya üçün tam əlverişsiz olduğunu deyib.  İkinci məsələ isə imzalanmış müqavilələrin yerinə yetirilməsi ilə bağlı texniki problemlərlə, konkret olaraq Azərbaycana BTR-82A zirehli transportyorlarının göndərilməsi ilə bağlı olub. Lakin qəzet Putinin bu məsələdə məhz nədən narazı qaldığını yazmır.
Yada salaq ki, martın əvvəllərində Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin “Rosoboroneksport”un nümayəndələri ilə Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, səfər Azərbaycan tərəfinin sifariş verdiyi silahlara və texnikaya görə ödənişləri gecikdirməsi ilə əlaqəlidir. Belə ki, sifariş verilən texnika gəmilərə yüklənərək göndərilib, ancaq pulu ödənilmədiyindən boşaldılmır. Lakin Azərbaycan tərəfi ödənişlərlə bağlı heç bir problem olmadığını bəyan edib.
Xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində deyib ki, problem bəzi silahların texniki parametrlərinin müqavilədə göstərilənlərə uyğun gəlməməsindədir və Roqozin bu problemin tezliklə aradan qaldırılacağına dair vəd verib. Habelə dünən məlum olub ki, Roqozinin Bakıya səfərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad edilib, barəsində cinayət işi qaldırılıb. Onun Rusiya ilə silah müqaviləsindən hansısa formada korrupsiya məqsədi ilə yararlanmaq istədiyi bildirilir.
***
Göründüyü kimi, Azərbaycanla Rusiya arasında silah ticarəti Kreml üçün önəmli məsələlərdən olaraq qalır. Ancaq əfsuslar olsun ki, Moskvanı Azərbaycanın əlverişli silah alıcısı olması faktı Dağlıq Qarabağ münaqişəsi kontekstində az maraqlandırır. Əks halda, müharibə variantında Rusiyanın Ermənistan tərəfdə yer alacağı hədəsi səslənməzdi. Belə çıxır, Rusiya ölkəmizə həm silah satır, həm də bizi “Gürcüstan ssenarisi” ilə hədələyir…
 
Həmçinin Qarabağ münaqişəsinin qızışacağı təqdirdə Türkiyə və Rusiyanın üz-üzə gələ biləcəyi haqda rusiyalı ekspertlərin ehtimalı da gerçəkdir. Əslində sonuncu fakt konfliktin həllində Moskva və Ankaranın nə dərəcədə mühüm rol oynaya biləcəyinin göstəricisidir. Təəssüf ki, “Su-24″ təyyarə insidentindən sonra Türkiyə-Rusiya münasibətləri böhrana girməsi bu yöndə ən kövrək ümidləri də basdırıb. 
 
 
Bir şey dəqiqdir ki, Rusiya Güney Qafqazdan elə-belə çıxmayacaq. Dağlıq Qarabağ ixtilafının həll olunmamış qalması isə Kremlin regionda möhkəmlənməsi üçün yeganə vazkeçilməz silahdır. Bu xüsusda Rusiya XİN rəsmisi Mariya Zaxarovanın ötən həftə söylədiyi “Rusiya Dağlıq Qarabağ konfliktinin həllini səmimi şəkildə istəyir” sözləri gerçəyi kamifulyaj eləmək cəhdi olmaqla yanaşı, ən yüngül təzyiqə belə dözümsüzdür.
***
Bu arada erməni ekspert Armen Bədəlyan düşmən tərəfi təmsil eləsə də, Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətdə Azərbaycanın tutduğu mövqeyə haqq qazandırıb. O, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına diqqət çəkərək deyib: “Onların hər biri öz marağından çıxış edir və bu maraqlar üst-üstə düşmür. Buna görə də nəticə gözləmək mümkün deyil. İndiki mərhələdə seçkiyə hazırlaşan ABŞ seçki bitənədək burada sabitliyin olmasında maraqlıdır. Rusiyanın da öz maraqları var. Rusiya Azərbaycanla münasibətlərini korlamaq istəmir. Üstəlik, Azərbaycan Rusiyadan böyük həcmdə silah alır. Onların arasında biznes maraqları da mövcuddur”.
Armen Bədəlyan
 
Politoloq Bakının mövqeyinin də məntiqli olduğunu söyləyib: “Azərbaycanın mövqeyi bəllidir: sərhəddə vəziyyətin gərgin olmasını istəmirsinizsə, işğal altındakı əraziləri geri qaytarın. Azərbaycan anlayır ki, əgər bu vəziyyətdə atəşkəsə nəzarət mexanizmi qəbul olunarsa, bu, dolayısı ilə həmin ərazilərin Ermənistanın nəzarət etdiyi ərazilər kimi tanınması demək olacaq. Azərbaycan isə bununla razı deyil. O öz ərazisində atəşkəsin tətbiqilə niyə razılaşsın ki? Nəhayət, unutmayaq ki, həmin ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Odur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə hər hansı əlavə mexanizmlərin tətbiqinə qarşı olması təbiidir. Belə çıxır, erməni tərəfi əraziləri işğal edir və Azərbaycanın torpaqları geri qaytarmağa cəhd göstərə bilməməsi üçün orada hansısa mexanizmlər işə salınır. Məsələyə Bakının nöqteyi-nəzərindən baxsaq, mexanizmin qəbul olunmaması məntiqlidir”.
Onun qənaətincə, atəşkəsin qorunması ilə bağlı yeni beynəlxalq mexanizmin tətbiqi hər hansı nəticə verməyəcək: “Azərbaycan həmin sistemi pozarsa nə baş verəcək? Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək? Azərbaycan Avropa İttifaqını təbii qazla təmin edən ölkələrdən birinə çevrilir. Yaxın vaxtlarda Bakı-Tiflis-Qars dəmir yolu istismara veriləcək və bu, Avropanı Mərkəzi Asiya və Uzaq Şərqə bağlayacaq. Demək, Avropa əlbəttə ki, Azərbaycanla münasibətlərini gərginləşdirmək istəməyəcək. Mexanizm tətbiq olunarsa və Azərbaycan onun tələblərini pozarsa, ən yaxşı halda ona ”rejimi pozma” deyəcəklər. Lakin bu, Azərbaycana qarşı hər hansı ciddi addımların atılması ilə nəticələnməyəcək. Sərhəddəki gərginlik, təcridetmə, ticarət əlaqələrin olmaması bizə qarşı olan addımlardır. Səbəb isə Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Nə zaman ki, problem həll olunacaq, qalan məsələlər də qaydasına düşəcək. Xəstəliyin nəticələrini aradan qaldırmağa çalışmaq yox, onun özünü müalicə etmək lazımdır”.
 
Erməni ekspert habelə, vəziyyətin dalana dirənməsi fikri ilə razılaşmır: “Vəziyyət dalana dirənməyib. Hər şey kimin daha sürətlə inkişaf edəcəyindən, təsir mexanizmlərinə malik olacağından asılıdır. Məhz həmin tərəfin maraqları nəzərə alınacaq. Yaşananlar isə Azərbaycanın öndə olduğunu göstərir. Ermənistandan fərqli olaraq, o, AŞ PA-da qətnamələr qəbul etdirə bilir, ölkə iqtisadiyyatı inkişafdadır, Azərbaycan ərazisində regional əhəmiyyətli nəqliyyat infrastrukturu yaradılır. Münaqişə zonasındakı vəziyyət 100 il belə davam etməyəcək. Və sonra. Unutmayaq ki, Ermənistandan əhalinin köçü getdikcə artır və bu, gələcəkdə əsgərlərin sayına da təsir edəcək. Azərbaycan isə oturub gözləmir. O çalışır ki, bu dövrdən öz xeyrinə istifadə etsin və Ermənistandan fərqli olaraq, buna nail olur”.
Previous Post

Putin Azərbaycana satılan silahlardan danışdı

Next Post

Kerri demokratiya və insan haqları istiqamətində Azərbaycanın atdığı müsbət addımları alqışlayıb

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Kerri demokratiya və insan haqları istiqamətində Azərbaycanın atdığı müsbət addımları alqışlayıb

Kerri demokratiya və insan haqları istiqamətində Azərbaycanın atdığı müsbət addımları alqışlayıb

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.