Məhz ABŞ və onun peyklərinin hərəkətləri Avropada müharibədən sonrakı təhlükəsizlik arxitekturasının dağılmasına səbəb oldu. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qostinı Dvorda Federal Məclisə müraciətini elan edərkən deyib.
“ABŞ və onun peyklərinin hərəkətləri faktiki olaraq Avropa təhlükəsizlik sisteminin dağıdılmasına gətirib çıxardı. Bu, hamı üçün risklər yaradır”, – deyə prezident müraciətində bildirib.
Daha əvvəl Putin ABŞ-ın Yaxın Şərqdə münaqişələrin gərginləşməsində iştirak etdiyini bildirərək, Ağ Evin hər hansı bir qanun pozuntusunu rədd etdiyini bildirmişdi.
Havar Şəfiyeva