Putinə görə NATO dağıla bilər – XƏBƏRDARLIQ

358

Rusiya prezidenti Vladimir Putin Ukraynada oyun oynayır  və Ukraynada vəziyyətin daha da pisləşməsini gözləyir ki, bu da NATO-nun dağılmasına gətirib çıxaracaq. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Redacted “YouTube” kanalında xəbərdarlıq edib.

“Prezident Putin gözləmək qərarına gəlib. Düşünürəm ki, o, həqiqətən də Avropada vəziyyətin o qədər pisləşəcəyinə inanır ki, NATO sadəcə dağılacaq”, – deyə  polkovnik bildirib.

O, həmçinin əlavə edib ki, Ukraynada müharibənin davam etdirilməsi sanksiyalara görə iqtisadi problemlərlə üzləşən Avropa ölkələrində yorğunluğa səbəb olacaq.

Havar Şəfiyeva