Senator Puşkov bildirib ki, ABŞ-da keçirilən son prezident seçkiləri ölkəni dünyanın yarısının gözündə nüfuzdan salıb.
Elchi.az xəbər verir ki, Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni spiker seçmək üçün uzun sürən və nəticəsiz cəhdlər ABŞ-ın güc dairələrində parçalanmanın dərinliyini göstərir.
“ABŞ Nümayəndələr Palatasının sədrini seçmək üçün səkkizinci cəhd nəticəsiz başa çatıb. Amerikanın güc sistemi getdikcə dalana dirənir”, – senator Telegram kanalında yazıb.
Puşkov bildirib ki, prezident seçkiləri Vaşinqtonu dünyanın yarısının gözündə nüfuzdan salıb və hazırda ABŞ konqresmenləri bu işi davam etdirirlər. “Əgər işlər belə davam edərsə, o zaman Nümayəndələr Palatasının sədrsiz qalacağı, Nensi Pelosi isə Amerika tarixində Nümayəndələr Palatasının sonuncu spikeri olaraq qalacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası üçüncü gün dalbadal spiker seçə bilmədiyindən ABŞ konqresmenləri işə başlamamışdılar. Belə ki, namizədlərdən biri lazımi sayda səs toplayana qədər davam edəcək 11 tur seçkinin nəticələrinə görə yeni spikerin müəyyənləşdirilməsi mümkün olmayıb.
Şayəstə