"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

“Pul da təklif etsələr, Azərbaycan millisini seçmərəm”

10 Yanvar 2015 - 15:27
in İDMAN
FacebookVatsap

img1719865“Zenit”in və Rusiyanın gənclər millimisinin üzvü, əslən azərbaycanlı olan Ramil Şeydayevin müsahibəsi

Bunu da oxuyun

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

“AFFA-DAN ATAMLA MÜTƏMADİ OLARAQ ƏLAQƏ SAXLAYIRLAR”

– Ramil, əvvəlcə özün haqda məlumat verərdin. Harada doğulmusan, futbola gəlişin necə baş tutub?

– Mən elə burada (Sankt-Peterburqu nəzərdə tutur-red.) anadan olmuşam. Futbola uşaqlıqdan böyük həvəsim olub. İlk addımlarımı da “Zenit”in uşaq məktəbində atmışam. Daha sonra əvəzedici heyətlə müqavilə imzaladım. Bu gün əsas komandanın heyətində məşq edirəm.

– Azərbaycanda olmusan?

– Hə, bir neçə dəfə olmuşam.

– Sonuncu dəfə nə vaxt vətənə səfər etmisən?

– 2013-cü ilin ün yayında. Orada qohumlarım yaşayır.

– Valideynlərinin hər ikisi azərbaycanlıdı?

– Yox, yalnız atam azərbaycanlıdı.

– Bu gün çoxlarını sənin hansı ölkənin millisini seçəcəyin maraqlandırır. Azərbaycan, yoxsa Rusiya?

– Bu suala çox cavab vermişəm.

– Müsahibələrində demisən ki, Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb. Amma dəqiq bilirəm ki, AFFA-dan səninlə də, atanla da dəfələrlə danışıblar.

– Düzdür, atamla danışırlar mütəmadi olaraq. Amma mən qərarımı qəbul etmişəm. Rusiyanın əsas millisinin formasını geymək istəyirəm. Burada perspektiv daha çoxdur. Azərbaycana qarşı pis niyyətim yoxdur. Burada oynamasaydım, məmuniyyətlə Azərbaycan millisinin şərəfini qoruyardım.


“AZƏRBAYCANA HÖRMƏT ETSƏM DƏ, ORADA PERSPEKTİV AZDIR”

– Deməli, Azərbaycana ikinci variant kimi baxırsan?

– Azərbaycana hörmət edirəm. Amma orada perspektiv azdır. Futbol oynamaq, inkişaf etmək üçün burada olmalıyam. Yalnız Rusiya millisinin formasını geyəcəyim halda Avropanın böyük klublarına getmək şansım olacaq.

– İstənilən halda, əslən Azərbaycandan olduğun üçün gələcəkdə millidə problemlər yaşaya bilərsən.

– Azərbaycanlı olsam da, əsas odur ki, rus pasportum var.

– Atan da səninlə həmfikirdi?

– Təbii ki. Biz birgə məsləhətləşib, bu qərarı qəbul etmişik. Hələ ki, mənim üçün ən yaxşı variant Rusiyanı seçməkdir.

– Rusiyanı ürəyinin səsinə qulaq asıb seçirsən, yoxsa sırf peşəkarlığa görə?

– Ürəyimin nə deməsi mühüm deyil. Əsas odur ki, peşəkarlıq baxımından Rusiya futbolu Azərbaycandan üstündür. Mən inkişaf etmək, daha irəli getmək istəyirəm.

– Azərbaycanı seçəcəyin halda, Rusiyada legioner sayılacaqsan. Yəqin ki, seçimində bu amilin də rolu var. Düzdür?

– Təbii ki.

– Amma “Zenit”in akademiyasının direktoru Vladimir Kazaçonok bu günlərdə verdiyi müsahibəsində qeyd etdi ki, Ramil güclü futbolçu və “Zenit”in əsas heyətinə düşməyə layiq olsa, klub üçün onun pasportunun rəngi fərq etməyəcək…

– Belə də ola bilər. Amma etiraf edək ki, Rusiya pasportu ilə əsas heyətə düşmək daha asandır.


“SƏMƏDOVUN TALEYİNİ YAŞAMAQDAN QORXMURAM”

– Aleksandr Səmədov da Rusiya millisini seçdi və Bakıda Azərbaycana qarşı oyunda azarkeşlərin təzyiqi ilə üzləşdi. Səmədovun aqibətini yaşamaqdan qorxmursan?

– Yox, qorxmuram. Bu haqda ümumiyyətlə düşünməmişəm. İlk növbədə Rusiya millisinin heyətinə düşmək lazımdır.

– “DÇ-2018″in Rusiyada keçirilməsinin də qərarında rolu var?

– İlk növbədə həmin vaxta kimi yaşamaq lazımdı. Digər tərəfdən də dünya çempionatında iştirak etməyi hər bir futbolçu arzulayır. Azərbaycan millisinin ora düşəcəyi inandırıcı deyil. Lakin Rusiya millisi yüz faiz mundialda çıxış edəcək.

– Nəzərə alaq ki, 2020-ci ildə Bakıda da Avropa çemponatının oyunları keçiriləcək.

– Bilirəm.

– “Spartak”ın formasını geyən həmyaşıdın Ayaz Quliyev də səninlə eyni fikirdədir. Onun üçün də ilk növbədə Azərbaycan yox, Rusiya millisidir…

– O da, mən də Azərbaycanı sevirik. Ayazla bu məsələni çox müzakirə etmişik.


“ERMƏNİLƏR ÖZ MİLLİLƏRİNDƏN BAŞQA HEÇ KİMƏ LAZIM DEYİLLƏR”

– Sizdən fərqli olaraq, burada çıxış edən ermənilər Rusiyanın deyil, öz ölkələrinin millilərini seçirlər. Onlardan fərqiniz nədədir?

– Elə erməni göstərin ki, Rusiya millisinə dəvət alıb. Mən eləsini tanımıram. Çağırsaydılar, onlar da Rusiyanı seçərdilər. Aşağı yaş qruplarında erməni futbolçular var. Lakin zaman keçdikcə, əsas milliyə dəvət almaqdıqlarından Ermənistanı seçirlər.

– Movsisyan bu gün “Spartak”ın əsas hücumçularından biridir. Səncə, ruslar elə hücumçunu öz millilərində görmək istəməzdilər?

– O, daha əvvəl Ermənistan millisində oynamışdı. Əvvəldən şansı olsaydı, Rusiyanı seçərdi. Onlar Ermənistandan başqa heç kimə lazım deyillər.

– Bilmirəm tanıyırsan, ya yox, Uruqvayın “Alyans Lima” klubunda Mauro Quevqeozian adlı futbolçu var. Montevideoda anadan olub. Uruqvay millisindən təklif alsa da, Ermənistan yığmasını seçdi…

– … (susur)

“AZƏRBAYCANI, VƏTƏNİMİ RƏD ETMİRƏM”

– Düşünmə ki, sənə təzyiq göstəririk. Sadəcə, qərarını hər nə qədər peşəkarlıqla əlaqələndirsən də, bir azərbaycanlı kimi bizə pis təsir edir…

– Başa düşürəm. Mən Azərbaycanı, vətənimi rəd etmirəm. Ölkəmi də çox sevirəm. Hər dəfə imkan olanda ora gedirəm. Babam, nənəm, bibim, əmim – hamısı orada yaşayır.

– Bakıda?

– Yox, Kürdəmirdə. Mən orada çox olmuşam. İstirahət də etmişəm. Azərbaycanı hər nə qədər sevsəm də, futbol baxımından Rusiya daha yaxşıdır.

– Deyirsən ki, Azərbaycanın futbolu zəifdir. Sən, Ayaz, eləcə də başqaları gəlsə, millimiz inkişaf edər. Nəzərə alaq ki, son zamanlar Azərbaycanda da gənc istedadların sayı kifayət qədərdi.

– Bu haqda heç nə deyə bilmərəm.

– Azərbaycanla müqayisədə axı, Rusiya millisinə düşmək sənin üçün çətin olacaq.

– Çox şey baş məşqçidən də asılıdır. Məni bəyənsə, çağıracaq. Milliyə dəvət almaq üçün isə ilk növbədə klubda oynamaq lazımdır.


“PUL TƏKLİF ETSƏLƏR BELƏ, AZƏRBAYCANI SEÇMƏRƏM”

– Nə vaxta kimi Rusiyanın əsas millisindən dəvət gözləyəcəksən?

– Gənclər yığmasında çıxışımı başa vurandan sonra.

– Elə futbolçular olub ki, Azərbaycan millisinin formasını geymək üçün AFFA-dan pul tələb ediblər. Bəlkə…

– … (sözümü kəsir) yox, yox. Mənim belə bir fikrim yoxdur. Bilirəm ki, Azərbaycan futbolunda böyük pullar dövr edir. Lakin mənim üçün pul birinci sırada deyil. İrəli getmək üçün bu yaşda futbol oynamaq lazımdır. Qabağa getdikcə pul özü gələcək.

– Belə çıxır ki, sən “öz kəndində birinci adam olmaqdansa, Romada ikinci adam olmağ”ı seçirsən?

– … (yenidən susur)


“BİR DƏFƏ DƏ OLSUN HALK VƏ VİLLİANDA ÖZÜNDƏNRAZILIQ GÖRMƏMİŞƏM”

– Klubda gələcək perspektivi necə görürsən?

– İndi əsas heyətlə birgə təlim-məşq toplanışına gedirik. Baş məşqçi ilə söhbətim olmayıb. Amma orada olduğumuz müddətdə danışacağıq. Mənimlə bağlı hansı planlarının olduğunu bilməliyəm.

– Digər məşqçilərlə çalışmasan da, yəqin ki ən azından məşq prosesini izləmisən. Andre Villaş-Boaşın Luçano Spaletti və digərlərindən fərqi nədədir?

– Spaletti ilə məşq etməmişəm və bu suala birbaşa cavab verə bilmərəm. Amma eşitmişəm ki, Villaş-Boaşın məşqləri çox yaxşıdır. Fərqlərini isə bilmirəm.

– Halk, Villian kimi ulduzlarla birgə məşq etmək necə hissdir?

– Əvvəl çox sevinirdim. Çünki hamısı ulduzlardır. İndi artıq öyrəşmişəm. Mən də inkişaf etmək və gələcəkdə onlar kimi oynamaq istəyirəm.

– Həmin ulduzlar özlərini yuxarıdan aparmırlar?

– Yox, çox sadədirlər. 1 dəfə də olsun ki, onlarda özündənrazılıq görməmişəm. Normal ünsiyyətdə oluruq. Elə də olur ki, kömək edirlər, məsləhətlərini verirlər (Futbolxeber.az).

 

Previous Post

“Pul da təklif etsələr, Azərbaycan millisini seçmərəm”

Next Post

Baş nazir Davudoğlu Parisə gedir

Bənzər yazılar

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01

“Çelsi”nin hücumçusu Joao Pedro klubla yeni müqavilə imzalayıb. Elchi.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı futbolçu ilə sözləşməni 2034-cü ilin...

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Elchi.az - a AFFA-dan məlumat verilib. Qarşılaşma noyabrın 16-da...

ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

21 Avqust 2026 - 17:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 000 bilet satılıb. Elchi.az xəbər verir ki, bu barədə...

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

21 Avqust 2026 - 17:45

Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya...

Next Post

Baş nazir Davudoğlu Parisə gedir

Baş nazir Davudoğlu Parisə gedir

Son xəbərlər

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.