Yardımlı rayon prokuroru Vahid Məmmədliyə ağır itki üz verib. AZNEWS.AZ xəbər verir ki, prokurorun yeganə oğlu bu gün qəfildən dünyasını dəyişib.
Yeniyetmə oğlanın ölüm səbəbi barədə dəqiq məlumat verilməsə də, onun faciəvi şəkildə həyatını itirdiyi bildirilir.
Dəfn mərasimi sabah keçiriləcək.
Qeyd edək ki, Vahid Məmmədli Azərbaycanda böyuk əks səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, Respublikamızda cinayət əməllərinin tövsifini və istintaq taksikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın, beynəlxalq cinayət hüququna aid bir çox məqalə və monoqrafiyaların muəllifidir.
V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan “Eksmo” nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır.
Onun iki övladı var idi.
Allah rəhmət eləsin!