Priqojin rusiyalı deputata gürz göndərdi

40

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Dövlət Dumasının deputatı Sergey Mironova gürz göndərib.

Elchi.az xəbər verir ki, Mironov Priqojinin hədiyyəsini Vkontakte səhifəsində paylaşıb.

Gürzün üzərində “S.M. Mironova “Vaqner”dən. 13.01.23 Baxmut-Soledar” yazılıb.

“Qoy bütün düşmənlərimiz nəhayət başa düşsünlər ki, uğur qazana bilməyəcəklər. İndi Rusiyanın gələcəyi bizim fəaliyyətimizdən asılıdır”, – Mironov bildirib.