Polis Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən iki şəxsi saxlayıb. Elchi.az xəbər verir ki, bu barədə yerli “Ecuavisa” telekanalı məlumat yayıb.
Jurnalistlərin qeyd etdiyi kimi, siyasətçiyə atəş açan üç nəfər olub. Polis üçüncü cinayətkarın axtarışını davam etdirir.
Çərşənbə günü, avqustun 9-da Quitonun şimalında keçirilən seçki iclasından sonra Fernando Villavicencio başından üç güllə yarası alıb. Yerli media hücumda azı 7 itki olduğunu bildirib.
Bundan başqa, Ekvador prezidenti Gilermo Lasso ölkə prezidentliyinə namizədin öldürülməsi faktını təsdiqləyib. O, həmçinin yaxın vaxtlarda təhlükəsizlik kabinetinin iclasının başlayacağını açıqlayıb.
Havar Şəfiyeva