"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezidentin TDT-də mesajlarla dolu çıxışı – Bakının mühüm hədəfləri

17 Mart 2023 - 22:34
in SİYASƏT
FacebookVatsap

“Şuşa Bəyannaməsi türk ölkələri üçün bir örnək təşkil edir. Bu müqavilənin bənzəri yeni müqavilələrin türk ölkələri arasında qarşılıqlı və ümumtəşkilat səviyyəsində imzalanması zəruridir. Prinsip etibarilə bu həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin uzun müddətdir nail olmaq istədiyi məsələdir”-bu sözləri Elchi.az-a açıqlamasında Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev bildirib.

Bunu da oxuyun

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

O eyni zamanda açıqlamasında Şuşa bəyanaməsi kimi bir müqavilənin TDT-nin üzvləri arasında imzalanması faktiki olaraq təşkilatın mövcud statusunu və siyasi çəkisini artıracağını da qeyd edib.

Ermənistana son xəbərdarlıq!

“Prezident çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq Ermənistanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və 10 Noyabr bəyanatının pozulması deməkdir. Bu və bu kimi digər məsələlər faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün əsas yaradır. Mümkündür ki, Bakı indiki məqamda Ermənistan ilə bağlı bu məqamları dilə gətirərək dünya ictimaiyyətinə, eyni zamanda türk dövlətlərinə baş verə biləcək ehtimal əməliyyatların məsuliyyətini! Ermənistanın daşıdığı mesajını verir”.

Turan Rzayev Əliyevin “Türk dünyası” mesajının hədəfini belə şərh edib:

“Birincisi, Prezident “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Ölkə başçısı Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” deyərək, əslində, İraq türkmənlərini, Suriya türkmənlərini, Çindəki uyğurları, Rusiyadakı tatar, başqırd və digər türk etnoslarını nəzərdə tuta bilər. Bu həm də TDT-nin vizyonunun genişliyindən xəbər verir.
İkincisi, Prezidentin bu ifadəsi həm də İrana bir mesajdır. Prezident bildirib ki, “Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”. Prinsip etibarilə bu, Prezidentin TDT-nin bundan öncəki sammitində qeyd etdiyi “Azərbaycan sərhədləri xaricindəki soydaşlarının taleyinə biganə qalmayacaq” ifadəsinin məntiqi davamıdır. Rəsmi Bakı bununla bir daha İrana mesaj verir ki, Azərbaycan ilə gərginlik onun bir dövlət kimi mövcudluğunu təhlükə altına sala bilər”.

Qərbi Zəngəzurun və qərbi azərbaycanlıların müqəddəratı

“Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur”.
Ölkə başçısının bu məsələni son zamanlar xüsusilə qabartması təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, bu gün Qərbi Zəngəzur Ermənistan ərazisi olaraq qəbul olunsa da, faktiki olaraq 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı ilə Azərbaycandan qoparılıb, Ermənistana verilib. Özü də bu proses Azərbaycan xalqının iradəsi xaricində qanunsuz şəkildə edilib. Sovet hökuməti Qərbi Zəngəzuru Ermənistana verərək faktiki olaraq Türkiyə ilə Qafqaz və Mərkəzi Asiya türklərinin əlaqələrini kəsməyə nail oldu. Bu mənada ölkə başçısı Zəngəzur dəhlizini qabardaraq bu ayrılığın yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə tam olaraq sonlanacağı mesajını verir. Zəngəzur dəhlizi Azərbaycanın təklifi olsa da, türk dünyasının ortaq marağı olmalı və bu istiqamətdə Ermənistana TDT səviyyəsində təzyiq edilməlidir”.

Prezident çıxışı zamanı həm də onu qeyd edib ki, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub.

“Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Azərbaycan bu gün erməni icması ilə danışıqlara başlayıb. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi maneələrə baxmayaraq davam edir. Ümumiyyətlə, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmadığı təqdirdə Ermənistan ilə Azərbaycan arasında münaqişə bitə bilməz. Bitsə də, gec-tez yenidən alovlanacaq. Çünki bu münaqişə qərbi azərbaycanlıların deportasiyası ilə başladı. Başladığı kimi də bitməlidir”.

Havar Şəfiyeva

Previous Post

Prezidentin TDT-də mesajlarla dolu çıxışı – Bakının mühüm hədəfləri

Next Post

Zaxarovadan ABŞ-a XƏBƏRDARLIQ

Bənzər yazılar

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici...

Next Post
Zaxarova ABŞ-ı Ohayoda texnogen fəlakəti susdurmaqda ittiham edib

Zaxarovadan ABŞ-a XƏBƏRDARLIQ

Zaxarova ABŞ-ı Ohayoda texnogen fəlakəti susdurmaqda ittiham edib

Zaxarovadan ABŞ-a XƏBƏRDARLIQ

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.