ABŞ-ın aqressiv hərəkətləri onları Rusiya ilə birbaşa qarşıdurmaya gətirib çıxara bilər.
Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, ABŞ-ın siyasəti getdikcə aqressivləşir:
“Bu, narahatedici faktdır, çünki ABŞ-ın Rusiya ilə münaqişədə birbaşa iştirakının çox real təhlükəsi var.
Rusiya Ukraynaya istənilən hərbi yardımı tənqid edir və bunun yalnız münaqişənin daha da gərginləşməsinə xidmət etdiyini vurğulayır”.
Yeganə