Əfqanıstanda törədilən terror akti nəticəsində ölkə prezidenti Həmir Kərzayın qardaşı öldürülüb.
Bu barədə AzVision.az “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.
Hadisə ölkənin Qəndahar vilayətində baş verib.
“Terrorçu qonaq qismində Əfqanıstan prezidentinin qardaşı Haşmat Kərzayın evinə gəlib. Terrorçu onu qucaqlayandan sonra partlayıcı qurğu işə düşüb” – deyə, DİN-in yaydığı məlumatda bildirilir.