Xəbər verdiyimiz kimi, dünən ölkə başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxış edib. Prezident çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Ölkə başçısı xüsusilə İranın son vaxtlar Azərbaycana qarşı yürütdüyü siyasətə cavab olaraq ciddi məqamları diqqətə çatdırıb.
Elchi.az-ın məlumatına görə, Prezidentin İrana verdiyi mesajlar barədə fikirlərini şəxsi FB hesabında qeyd edən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin İran və güney azərbaycanlar barədə son açıqlamalarına böyük ehtimalla Tehran İran XİN-nin mətbuat katibi, parlamentinin bir neçə deputatı və “Səhər” kanalı vasitəsilə “cavab” verəcək:
“Ancaq İrandakı siyasi, dini və hərbi dairələr və onların nəzarətindəki media onu da anlayırlar ki, Azərbaycana və azərbaycanlılara qarşı etdiklərinin və edəcəklərinin adekvat cavabını alacaqlar. “İranda yaşayan azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qalmaq üzrədir. Növbəti gərgin mərhələyə qədəm qoyuruq”.
Yeganə