"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər – FOTO

08 Noyabr 2025 - 12:08
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.

Bunu da oxuyun

İraqla İran arasında 4 sənəd imzalanıb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü.

Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər.

Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.

Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.

Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.

Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

“44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və Sərəncamları nümayiş olunur.

“Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

“Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.

Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid -bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir.

Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.

Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur.

Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.

Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO

Previous Post

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO

Next Post

Macarıstan səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Bənzər yazılar

İraqla İran arasında 4 sənəd imzalanıb

İraqla İran arasında 4 sənəd imzalanıb

23 İyul 2026 - 23:24

İraqın Baş naziri Əli əl-Zeydi və onu müşayiət edən nümayəndə heyətinin Tehrana rəsmi səfəri çərçivəsində iki ölkənin rəhbərlərinin iştirakı ilə...

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30

23 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi...

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11

Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə...

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36

“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da...

Next Post
Macarıstan səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Macarıstan səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Gəncədə avtomobil yandı

Gəncədə avtomobil yandı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28
Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

23 İyul 2026 - 23:27
Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

23 İyul 2026 - 23:26
İraqla İran arasında 4 sənəd imzalanıb

İraqla İran arasında 4 sənəd imzalanıb

23 İyul 2026 - 23:24
Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.