"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

24 Noyabr 2025 - 11:25
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bunu da oxuyun

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

Elchi.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli forum iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram”.

***

11:16

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

APA xəbər verir ki, Prezidentin müraciətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Previous Post

Bakıda ilk dəfə TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilir

Next Post

Məşhur alman aktyor vəfat etdi

Bənzər yazılar

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48

Türklər də yunanlar kimi Kiprin bərabərhüquqlu sahibidirlər və Kipr heç vaxt yunan adası olmayacaq. Elchi.az xəbər verir ki, bunu Türkiyənin...

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil...

Azərbaycan Venesuelaya başsağlığı verdi

Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

20 İyul 2026 - 18:15

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından...

Nazirlər Kabinetindən yeni qərar: Mal nomenklaturasına “Qrup 99” əlavə edildi

Nazirlər Kabinetindən yeni qərar: Mal nomenklaturasına “Qrup 99” əlavə edildi

20 İyul 2026 - 17:26

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib. Elchi.az xəbər...

Next Post
Məşhur alman aktyor vəfat etdi

Məşhur alman aktyor vəfat etdi

Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı

Azərbaycan Prezidenti: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.