"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident TBMM üzvlərini videokonfrans formatında qəbul etdi – YENİLƏNİB

01 Fevral 2023 - 13:21
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmud Özəri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

Bunu da oxuyun

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Milli Məclisin gündəliyinə daha bir məsələ daxil edilib

Elchi.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Mahmud Özərin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını dedi.

Mahmud Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Mahmud Özər Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.

Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmud Özər Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirdi.

Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.

Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB

Previous Post

Prezident TBMM üzvlərini videokonfrans formatında qəbul etdi – YENİLƏNİB

Next Post

İlham Əliyev səfirliyə hücumla bağlı yeni detallar açıqladı

Bənzər yazılar

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

16 Noyabr 2026 - 18:14

16 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə...

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

16 Noyabr 2026 - 17:59

16 noyabr tarixində Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027-2030-cu illər...

Milli Məclisin gündəliyinə daha bir məsələ daxil edilib

Milli Məclisin gündəliyinə daha bir məsələ daxil edilib

16 Noyabr 2026 - 11:42

Milli Məclisin 16, 17 və 18 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyi dəyişib. Elchi.az-ın xəbərinə görə, gündəliyə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində...

Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirə olunacaq

Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirə olunacaq

16 Noyabr 2026 - 11:15

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 2027-ci üzrə büdcə zərfi daxildir. Bu gün başlayan büdcə...

Next Post
İlham Əliyev səfirliyə hücumla bağlı yeni detallar açıqladı

İlham Əliyev səfirliyə hücumla bağlı yeni detallar açıqladı

İlham Əliyev səfirliyə hücumla bağlı yeni detallar açıqladı

İlham Əliyev səfirliyə hücumla bağlı yeni detallar açıqladı

Son xəbərlər

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

16 Noyabr 2026 - 23:18
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi

16 Noyabr 2026 - 19:22
“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

16 Noyabr 2026 - 19:13
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib

Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib

16 Noyabr 2026 - 19:07
Tramp, Huanqın “Nvidia”nın rəhbəri vəzifəsinə qaytarılması ideyasına münasibət bildirib

Tramp, Huanqın “Nvidia”nın rəhbəri vəzifəsinə qaytarılması ideyasına münasibət bildirib

16 Noyabr 2026 - 18:55
Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

16 Noyabr 2026 - 18:47
Brüsseldə siçovullarla mübarizədə furet və itlərdən istifadə edilir

Brüsseldə siçovullarla mübarizədə furet və itlərdən istifadə edilir

16 Noyabr 2026 - 18:36
Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, illərlə davam edəcək bir sülh istəyirik

Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, illərlə davam edəcək bir sülh istəyirik

16 Noyabr 2026 - 18:23
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

16 Noyabr 2026 - 18:14
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

16 Noyabr 2026 - 17:59
MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

16 Noyabr 2026 - 17:45
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

16 Noyabr 2026 - 17:26
“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

16 Noyabr 2026 - 17:18
Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

16 Noyabr 2026 - 17:10
Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

16 Noyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.