"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident sürücülük vəsiqəsi ilə bağlı dəyişiklikləri təsdiqlədi

27 İyun 2018 - 15:53
in MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb.

Elchi.az  xəbər verir ki, sənədə əsasən, trisikl – işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir;

yüngül kvadrisikl – yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitələridir:

işçi həcmi 50 kub santimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

uzunmüddətli yüklənmə rejimində mühərrikinin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

kvadrisikl – bu Qanunun 1-ci maddəsinin 25-2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri istisna olmaqla, yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir;”;

Qanunun 26-cı bəndində “tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də” sözləri “trisikllər və yüngül kvadrisikllər” sözləri ilə əvəz edilib.

Qanunun 16-cı maddənin II hissəsinin ikinci cümləsinə, 37-ci maddənin I hissəsinin 8-ci bəndinə, 55-ci maddənin V hissəsinin 2-ci bəndinə, 78-ci maddənin III hissəsinə (hər iki halda) “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilib.

Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1) velosipedi və ya arabanı idarəetmə hüququ – 14 yaşdan;

2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 16 yaşdan;

3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;

4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);

5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);

7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);

8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).”.

1.3.2. aşağıdakı məzmunda II-I hissə əlavə edilib:

“II-I. Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.”.

Sənədə əsasən, Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

II hissənin 1-ci bəndinə “motosikletləri,” sözündən sonra “kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilib, III hissə aşağıdakı redaksiyada verilib: Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

1. vəsiqə sahibinin soyadı;

2. vəsiqə sahibinin adı və atasının adı;

3. vəsiqə sahibinin doğulduğu tarix və yer;

4a. vəsiqənin verildiyi tarix;

4b. vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix;

4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü;

4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;

5. vəsiqənin nömrəsi;

6. vəsiqə sahibinin fotoşəkli;

7. vəsiqə sahibinin imzası;

8. vəsiqə sahibinin yaşayış yeri;

9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);

10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;

11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;

12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);

14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).”;

1.4.4. IV hissə üzrə:

1.4.4.1. “Avtomobilləri və motosikletləri” sözləri “Bu Qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini” sözləri ilə əvəz edilsin və “kateqoriyaları” sözündən sonra “və altkateqoriyaları” sözləri əlavə edilib;

1.4.4.2. 1-ci bənddə “motosikletləri” sözündən sonra “, trisiklləri və yüngül kvadrisiklləri” sözləri əlavə edilsin;

1.4.4.3. aşağıdakı məzmunda 2-1, 3-1, 4-1, 6-1 və 7-1-ci bəndlər əlavə edilsin:

“2-1) “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;

3-1) “C1” – “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

4-1) “D1” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

6-1) “C1E” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

7-1) “D1E” – sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;”;

1.4.5. VI hissə aşağıdakı redaksiyada verilib:

“VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.”;

1.4.6. Aşağıdakı məzmunda IX hissə əlavə edilib:

“IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.”.

1.5. 35-ci maddə üzrə:

1.5.1. I-I hissənin ikinci cümləsində “A1”, “A” və “B” kateqoriyalarına” sözləri “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına” sözləri ilə əvəz edilsin;

1.5.2. II hissənin 2-ci bəndinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;

1.5.3. VI hissənin 6-cı bəndi ləğv edilsin;

1.5.4. VII hissəyə “kateqoriyalar” sözündən sonra “(altkateqoriyalar)” sözü əlavə edilsin;

1.5.5. IX hissəyə “kateqoriyaların” sözündən sonra “(altkateqoriyaların)” sözü əlavə edilsin.

1.6. 37-ci maddənin V hissəsinin 2-ci bəndindən “nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək,” sözləri çıxarılıb.

1.7. 56-cı maddənin I hissəsində “S” kateqoriyalı” sözləri “C” kateqoriyalı və ya “C1” altkateqoriyalı” sözləri ilə, “C” və “D” kateqoriyalı” sözləri isə “C” kateqoriyasından (“C1” altkateqoriyasından) əlavə “D” kateqoriyalı (“D1” altkateqoriyalı)” sözləri ilə əvəz edilib.

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

2019-cu il yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalır.

Şəxs sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilər. Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

Previous Post

Prezident sürücülük vəsiqəsi ilə bağlı dəyişiklikləri təsdiqlədi

Next Post

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Bənzər yazılar

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

13 Avqust 2026 - 16:17

Azərbaycanda istilik təchizatı sektorunda idarəetmə və dövlət nəzarəti mexanizmlərinin müasir bazar tələblərinə uyğunlaşdırılması, eləcə də bu sahədə hüquqi tənzimləmənin unifikasiyası...

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00

Polşada respublikanın Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada Ukrayna nümayəndələri dəvət olunmayıblar. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna...

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

13 Avqust 2026 - 13:30

Regionda sülh gündəliyi məhz Azərbaycanın təşəbbüsü ilə başladılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun...

Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

13 Avqust 2026 - 13:16

Türk dünyasına, eləcə də dünya siyasətinə nəhəng şəxsiyyəti – Ümummilli Lider Heydər Əliyevi bəxş edən Naxçıvan müstəqillik amallarının, milli ideyanın...

Next Post
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Son xəbərlər

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

13 Avqust 2026 - 16:17
Rotterdam limanında partlayış: Ölənlər və yaralananlar var

Rotterdam limanında partlayış: Ölənlər və yaralananlar var

13 Avqust 2026 - 16:11
Yaponiya Rusiyanın milli təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunub

Yaponiya Rusiyanın milli təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunub

13 Avqust 2026 - 16:00
Məktəbli formalarının qiymətləri açıqlandı

Məktəbli formalarının qiymətləri açıqlandı

13 Avqust 2026 - 15:53
“Yeni Ulduz” yenidən başlayır

“Yeni Ulduz” yenidən başlayır

13 Avqust 2026 - 15:45
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

13 Avqust 2026 - 15:14
Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00
Avroviziya-2027 bu şəhərdə keçiriləcək

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

13 Avqust 2026 - 14:52
Ölkədə epidemioloji durum nəzarət altındadır – Rəsmi

Ölkədə epidemioloji durum nəzarət altındadır – Rəsmi

13 Avqust 2026 - 14:43
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

13 Avqust 2026 - 14:38
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

13 Avqust 2026 - 14:36
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

13 Avqust 2026 - 14:30
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

13 Avqust 2026 - 14:29
Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

13 Avqust 2026 - 14:14
Pentaqon Kubanı HƏDƏLƏDİ

Pentaqon Kubanı HƏDƏLƏDİ

13 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.