"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezident SPECA ölkələrinin sərgisinin açılışında

22 Noyabr 2023 - 18:23
in GÜNDƏM
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

Bunu da oxuyun

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

Elchi.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verib.

Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi edir. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

SPECA-nın yaradılmasının 25 illiyi münasibəti ilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin 4 min kvadrat metrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsulları nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyər” instalyasiyasının üzərindəki ağ örtüyünü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir.

Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.

Dövlətimizin başçısı Azərbaycan Milli Stendi ilə tanış oldu.

Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir.

Müdafiə Sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iri çaplı pulemyot da təqdim olunur.

Sərginin İqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Blokda, həmçinin davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına cəlb edilən investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan dövlət proqramları barədə məlumat verilir. Qeyd olunur ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, yəni, ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 2002-ci ildə olduğu 0.9 milyard dollardan 20 dəfədən çox artaraq 18.01 milyard dollara yüksəlib. Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur.

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqamətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Diqqətə çatdırılır ki, 2002-2023-cü illərdə ölkədə 4 min 95 sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1.6 milyard dollar olduğu halda, 2022-ci ildə bu rəqəm 10.4 milyard dollara çatıb.

Sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb.

Bu sərgidə Ümummilli Lider Heydər Əliyevə həsr edilən xüsusi stend də nümayiş olunur. Burada Ulu Öndərin 100 illiyinə həsr olunmuş videoçarx, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edın 11 kitabın nüsxəsi və markalar təqdim edilir. Bundan başqa, stenddə “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş olunur.

Dövlətimizin başçısı SPECA-nın digər üzv dövlətlərinin -Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın stendləri ilə tanış oldu. Stendlərdə üzv ölkələrdə istehsal olunan məhsullar nümayiş etdirilir.

Qeyd edək ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq edir. Eyni zamanda, bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını labüd edir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

Sərgidə İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Triptix” üçlü xalça kompozisiyası təqdim olunur. Burada həmçinin “44” kolleksiyası da nümayiş olunur. Bu xovlu xalça kolleksiyası “Qasımuşağı” adlı Qarabağ xalçasının nadir kompozisiyasından ilhamlanaraq məhdud sayda- 44 ədəd toxunub.

Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.

Sərginin sonunda sahibkarlar üçün biznes forumun keçirilməsi nəzərdə tutulur.

Previous Post

Prezident SPECA ölkələrinin sərgisinin açılışında

Next Post

Sabah Qəzzada savaş dayanacaq

Bənzər yazılar

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

21 Avqust 2026 - 16:31

Azərbaycan–Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı...

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

20 Avqust 2026 - 17:59

Azərbaycanda regionlara turist axınının stimullaşdırılması məqsədilə əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, həmçinin turist səfərlərinin təşkili...

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

20 Avqust 2026 - 16:58

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin...

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

20 Avqust 2026 - 16:24

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. Elchi.az-ın məlumatına...

Next Post
Sabah Qəzzada savaş dayanacaq

Sabah Qəzzada savaş dayanacaq

Sabah Qəzzada savaş dayanacaq

Sabah Qəzzada savaş dayanacaq

Son xəbərlər

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

22 Avqust 2026 - 10:33
Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

22 Avqust 2026 - 10:00
Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

21 Avqust 2026 - 23:34
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14
İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

21 Avqust 2026 - 23:11
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49
Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

21 Avqust 2026 - 21:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.