"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

13 İyul 2026 - 12:07
in İQTİSADİYYAT
FacebookVatsap

Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır.

Bunu da oxuyun

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Qızıl və gümüş ucuzlaşdı

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Özbəkistan Prezidenti Şavkat Miromonoviç mənim aramda olan şəxsi dostluğumuz münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Qarabağın bərpasında bizə birinci yardım edən Özbəkistan Prezidenti olub. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl və böyük məktəb inşa edilib, Şavkat Miromonoviçlə birlikdə o məktəbin açılışını həyata keçirdik. Ondan sonra, digər qardaş dövlətlər bizə hədiyyələr ediblər. Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Hər dəfə Özbəkistanda olanda bir daha əmin oluram ki, xalqlarımız nə qədər bir-birinə yaxındır, bir-birinə bağlıdır. Yazılı sözləri görəndə, heç bir tərcüməyə ehtiyac olmur. Dillərimiz bir-birinə çox bənzəyir. Təbii ki, tələffüzdə bir qədər fərq var, amma prinsipcə hər şey anlaşılır. Çox böyük tarixi əlaqələrimiz bizi birləşdirir. Özbəkistanla əlaqələrin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Onu da bildirməliyəm ki, Özbəkistan təkcə məktəblə öz qardaşlıq missiyasını yekunlaşdırmayıb. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi – tikiş fabriki Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirziyoyevlə o fabrikin açılışını həyata keçirmişik. Bir çox iqtisadi sənaye layihələri icra edilir. Biz birgə sərmayə fondu yaratdıq. 500 milyon dollar dəyərində investisiya fondu həm Azərbaycanda, həm Özbəkistanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycan neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə müjdə verəcəklər”, – dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir: “Ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq. O ki qaldı Azərbaycan-Mərkəzi Asiya formatına. Burada da Prezident Mirziyoyevin xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu. İki dəfə mən fəxri qonaq qismində zirvə görüşlərinə dəvət edilmişdim. Son dəfə isə artıq Azərbaycan+Mərkəzi Asiya vahid Məşvərət Şurası yaradılıb və bu bizi çox qürurlandırır, çox sevindirir. Bu, unikal bir hadisədir. Çünki coğrafi nöqteyi-nəzərdən Cənubi Qafqazda yerləşirik, amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclü və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Beləliklə, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda bağlantılar, nəqliyyat-logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Əlbəttə, Prezident Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynayıb. Fürsətdən istifadə edib özbək qardaşlarımızı uğurları münasibətilə təbrik etmək istəyirəm. Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər dəfə orada olanda, yenilikləri görəndə çox sevinirəm. Bilirəm ki, qardaş Özbəkistan xalqı Prezident Mirziyoyevin rəhbərliyi ilə inamla irəliləyir”.

Previous Post

Azərbaycan Prezidenti Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib

Next Post

Prezident: Azərbaycanla bağlı müsbət mövqeyinə görə Rusiyada cəzalandırılanlar oldu

Bənzər yazılar

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50

Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükünü nəzərdə tutan “Yaşıl enerji dəhlizi” (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar...

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

24 Oktyabr 2026 - 10:49

Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64 ABŞ dolları və...

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

24 Oktyabr 2026 - 10:02

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub....

Dünya bazarında neft kəskin bahalaşıb

Dünya bazarında neft kəskin bahalaşıb

24 Oktyabr 2026 - 09:56

Dünya bazarında neft qiymətləri 3%-dən çox artıb. Oktyabrın 23-də “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 3,55 dollar və ya 3,14%...

Next Post
Prezident: Azərbaycanla bağlı müsbət mövqeyinə görə Rusiyada cəzalandırılanlar oldu

Prezident: Azərbaycanla bağlı müsbət mövqeyinə görə Rusiyada cəzalandırılanlar oldu

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib – VİDEO

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.