"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Prezident Ruhaninin səfəri zamanı neft-qaz nəqli, elektrik enerjisi sahələrində əməkdaşlığa dair sənədlər imzalanacaq”

06 Noyabr 2014 - 18:15
in SİYASƏT
FacebookVatsap

Elchi.az Azərbaycana səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin APA-736e11893ce7c270408efa4714057cc5ya müsahibəsini təqdim edir.

Bunu da oxuyun

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub

Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb

 

– Bakıya səfərinizdə məqsəd və gözləntilər nədən ibarətdir?

 

– Bildiyiniz kimi, noyabrın 12-də İran prezidenti Həsən Ruhani Azərbaycana iki günlük səfər edəcək. Bizim səfərimiz çərçivəsində də məhz prezidentin səfəri zamanı imzalanacaq sənədlərin müzakirəsi və bəzi məsələlərin razılaşdırılması nəzərdə tutulub. Sənədlərin bir qismi Azərbaycan tərəfindən, bir qismi isə İran tərəfindən təklif olunub. Bunlardan bəziləri memorandum, bəziləri də müqavilədir. Artıq bir çox məqamlarla bağlı razılıq əldə olunub. Qalan məsələlər üzərində ekspert müzakirələri gedəcək. Həmçinin texniki məsələlər üzərində danışacağıq.

 

Bizim fikrimiz budur ki, təklif olunan bütün sənədlər prezidentlərin görüşündə imzalansın. Bu istiqamətdə ciddi fikir ayrılığı yoxdur. Sabah Bakı səfərimin sonunda bu məsələlər barəsində mətbuata geniş məlumat verəcəyəm.

 

Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə, eləcə də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşlərimiz gözlənilir.

 

– Müştərək hökumətlərarası komissiyanın həmsədrisiniz. Bu komissiyanın işini necə dəyərləndirmək olar?

 

– Çoxdandır müştərək komissiyanın iclası keçirilmirdi. Lakin son aylarda çox ciddi canlanma müşahidə olunur. Bu, bizim üçün sevindiricidir. Bir sıra qarşılıqlı səfərlər oldu, bundan sonra da bir neçə yüksək səviyyəli səfərlərin şahidi olacağıq. Məhz İran prezidenti Həsən Ruhaninin səfərini də müştərək komissiyanın işinin nəticəsi hesab etmək olar.

 

– Bakıya yaxın aylarda baş tutan ötən səfəriniz zamanı müştərək komissiyanın iclası çərçivəsində Anlaşma Memorandumu imzalanmışdı. Bu sənəddə nəzərdə tutulan müddəaların gerçəkləşməsi istiqamətində vəziyyət necədir?

 

– Müştərək komissiyanın Bakıdakı iclası çərçivəsində imzalanmış Anlaşma Memorandumunun bir çox bəndləri hal-hazırda dövlətlərarası müqavilələrə çevrilib. Bu baxımdan çox ciddi irəliləyişlər əldə etmişik. Gömrüklə bağlı bir sıra problemlər həll olundu, viza sahəsində çətinliklər aradan qalxdı, eləcə də informasiya-kommunikasiya sahəsində ciddi əməkdaşlığımız formalaşdı.

 

Həsən Ruhaninin səfəri ərəfəsində Azərbaycanla sərhəd zonalardan olan şirkətlər, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən olan iş adamları  və dövlət şirkətlərinin nümayəndələri İran Ticarət Palatasının nümayəndə heyəti ilə Bakıya gələcəklər. Azərbaycan və İranın özəl sektor nümayəndələri arasında da münasibətlər çox güclənib, bu istiqamətdə biz də dəstək verməyə, əlaqələrin inkişafına şərait yaratmağa çalışırıq.

 

– Enerji resursları sahəsində hansı sənədlərin imzalanması gözlənilir?

 

– İran və Azərbaycan enerji resurslarına görə fərqlənən ölkələrdəndir. Bu istiqamətdə bizim ciddi şəkildə əməkdaşlıq etmək niyyətimiz var. İmzalanacaq sənədlər arasında həm neft-qaz nəqli, həm də elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənədlər olacaq. Lakin bu barədə hələ tam detallı danışa bilmərəm. Onu deyim ki, çox mühüm məsələlərdə əməkdaşlığımızın formalaşması və inkişafı planlaşdırılıb. Enerji resursları da belə mühüm məsələlərdəndir.

Previous Post

“Prezident Ruhaninin səfəri zamanı neft-qaz nəqli, elektrik enerjisi sahələrində əməkdaşlığa dair sənədlər imzalanacaq”

Next Post

Rusiya rublu can verir: 1 dollar 46 rublu keçdi…

Bənzər yazılar

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub

14 Oktyabr 2026 - 11:19

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan...

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib

14 Oktyabr 2026 - 11:12

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib. Elchi.az xəbər verir ki, bu...

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb

14 Oktyabr 2026 - 10:56

44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoymuşdur. Elchi.az xəbər verir...

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

14 Oktyabr 2026 - 10:49

Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir. Elchi.az xəbər verir...

Next Post

Rusiya rublu can verir: 1 dollar 46 rublu keçdi...

Niyaməddin Orduxanlı: “Xədicə İsmayılova özünü radikal müxalifətin “ana”sı kimi aparır”

Son xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

14 Oktyabr 2026 - 11:46
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

14 Oktyabr 2026 - 11:34
ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

14 Oktyabr 2026 - 11:27
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub

14 Oktyabr 2026 - 11:19
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib

14 Oktyabr 2026 - 11:12
Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb

14 Oktyabr 2026 - 10:56
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

14 Oktyabr 2026 - 10:49
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14 Oktyabr 2026 - 10:33
Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

14 Oktyabr 2026 - 10:25
Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

14 Oktyabr 2026 - 10:17
FHN Penitensiar xidmətin Mühafizə alayında təlim keçirib – VİDEO

FHN Penitensiar xidmətin Mühafizə alayında təlim keçirib – VİDEO

14 Oktyabr 2026 - 10:08
Bakıda III Milli Rəqabət Forumu keçirilir

Bakıda III Milli Rəqabət Forumu keçirilir

14 Oktyabr 2026 - 09:54
Dünya bazarlarında neft yenidən bahalaşır

Dünya bazarlarında neft yenidən bahalaşır

14 Oktyabr 2026 - 09:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.