"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident “Norm”a qoyulan vəsaitin məbləğini açıqladı

22 İyul 2014 - 09:56
in MANŞET
FacebookVatsap

“Hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk” 

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında iştirak edib.

Bunu da oxuyun

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

5485“Qafqazinfo” prezidentin mərasimindəki çıxışını təqdim edir:

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz Bakıda, Qaradağ rayonunda yeni sement zavodunun açılışına toplaşmışıq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm.

“Norm” sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi.

Zavodun inşasına 350 milyon dollar sərmayə qoyulub. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur. Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir.

Yəni, dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılmışdır və ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə başlamasını qeyd etmişik. Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları vardır. Hazırda bu zavodun – ən böyük “Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyildir. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər.

Zavodun tikintisində ən müasir avadanlıqdan istifadə edilib, Avropa istehsalı olan avadanlıq quraşdırılıbdır. Zavodun tikintisini isə baş podratçı kimi Çin şirkəti icra edib və bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin güclü olduğunu göstərir. Bizim tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək, işləmək üçün bizə çoxlu müraciətlər daxil olur. Azərbaycanda son illərdə müşahidə olunan iqtisadi inkişaf, sənayeləşmə prosesi, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizə beynəlxalq biznes qurumlarının diqqətini artırır. Eyni zamanda, bizim uğurlu inkişafımıza da böyük inam vardır. Çünki bu gün bizim həm maliyyə, həm iqtisadi vəziyyətimiz kifayət qədər möhkəmdir, sabitdir. Bizim iqtisadi siyasətimiz dəqiq proqram əsasında icra edilir. Hazırda üçüncü regional inkişaf proqramı icra edilir və bu proqram 2018-ci ilə qədər ölkəmizin əsas infrastruktur layihələrinin icrasına xidmət göstərəcəkdir.

Əlbəttə, bizim xarici tərəfdaşlarımız da bütün bu məlumatları əldə ediblər və bilirlər ki, Azərbaycanda həm dövlət investisiyaları, eyni zamanda, özəl investisiyalar böyük həcmdə qoyulur. Dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır. Özəl sektor isə Azərbaycanın sürətli inkişafından istifadə edərək öz sərmayələrini bax, belə gözəl müəssisələrə yönəldir və beləliklə, Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaqdır.

Bu gün biz ölkəmizdə gedən sənaye və iqtisadi prosesləri istiqamətləndiririk və burada əsas məsələ bu sahədə təhlükəsizliyi tam şəkildə təmin etməkdir. İlk növbədə enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq 100 faiz səviyyəsində təmin edilib və hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk.

Azərbaycanda nəqliyyat təhlükəsizliyi təmin edilir və son vaxtlar icra edilən və icrada olan layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Gəmiqayırma zavodu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, digər layihələr nəqliyyat təhlükəsizliyimizi tam təmin edəcək. Coğrafi vəziyyətimiz elədir ki, əgər biz müasir infrastrukturla bu coğrafi üstünlükləri zənginləşdirsək Azərbaycan ərazisindən böyük həcmdə yüklərin keçirilməsi mümkün olacaqdır.

Ərzaq təhlükəsizliyi təmin edilir. Biz yaxın zamanlarda özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik. Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlamışdır.

Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələri fəaliyyət göstərir. Bir sözlə, özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq. Belə olan halda ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaqdır. Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir. Baxmayaraq ki, biz indi böyük qaz layihələrini icra etməyə başlayırıq və əlavə böyük qaz hasilatı gözlənilir, əminəm, yaxın illərdə qeyri-neft sektorumuz ümumi iqtisadiyyatda daha da böyük paya malik olacaqdır.

Bu zavodun fəaliyyətə başlaması məni çox sevindirir. Çünki bir daha demək istəyirəm ki, mən burada dövlət siyasətimizin təzahürünü görürəm. O siyasət ki, bu gün Azərbaycanda böyük inkişafa səbəb olmuşdur. Ölkəmizin inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir – daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə və iqtisadi qurumları Azərbaycanda iqtisadi sahədə görülən işlərə çox böyük qiymət verir. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 39-cu yerdədir. Belə zavodların işə düşməsi nəticəsində bizim yerimiz daha da yüksək olacaqdır. Mən sizi bu zavodun fəaliyyətə başlaması münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram”.

Previous Post

Prezident “Norm”a qoyulan vəsaitin məbləğini açıqladı

Next Post

Elmar Məmmədyarov: “Baş verənlərdən şoka düşdüm”

Bənzər yazılar

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa Rusiyanın təhlükəsizlik narahatlığına qulaq asmamalıdır. Elchi.az xəbər verir ki, Kallas bu barədə...

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

11 Noyabr 2026 - 15:44

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və...

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

11 Noyabr 2026 - 14:00

NATO-nun baş katibi Mark Rutte İspaniya və Portuqaliyanı Rusiyanın guya Avropa İttifaqı (Aİ) və alyans üçün yaratdığı təhlükəni lazımi səviyyədə...

Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev

Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev

11 Noyabr 2026 - 13:48

Ehtiyatda olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının verilməsi, hakimlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının artırılması təklif olunub. Elchi.az xəbər verir...

Next Post

Elmar Məmmədyarov: “Baş verənlərdən şoka düşdüm”

Elmar Məmmədyarov: “Baş verənlərdən şoka düşdüm”

Son xəbərlər

İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

11 Noyabr 2026 - 21:41
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

11 Noyabr 2026 - 21:31
İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

11 Noyabr 2026 - 21:26
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

11 Noyabr 2026 - 21:25
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

11 Noyabr 2026 - 20:09
Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

11 Noyabr 2026 - 20:08
Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

11 Noyabr 2026 - 20:07
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11 Noyabr 2026 - 20:05
İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

11 Noyabr 2026 - 18:25
NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Dirk Kuyt “Fənərbağça”dan getdi

Dirk Kuyt “Fənərbağça”dan getdi

11 Noyabr 2026 - 17:36
Dünya bazarında ət ucuzlaşıb

Dünya bazarında ət ucuzlaşıb

11 Noyabr 2026 - 17:24
Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

11 Noyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.