"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezident: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycana o qədər də böyük problem yaratmayıb”

27 May 2015 - 23:48
in GÜNDƏM
FacebookVatsap
267d74ed689263b7e5996a91578628fb“Ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir. Bizim bölgəyə çox müsbət təsirimiz var”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib.

Bunu da oxuyun

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr seçilib

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Dövlət başçısı qeyd edib ki, hətta neftin qiymətinin aşağı düşməsi Azərbaycana o qədər də böyük problem yaratmayıb: “Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır”.

Prezident bildirib ki, Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir: “ Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək. Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir. Bu da bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir”.

Dövlət başçısı qeyd edib ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılır: “ Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki, bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Biz bu sahədə “ASAN xidmət”in fəaliyyətini qeyd etməliyik. Bu yaxınlarda “ASAN xidmət” BMT tərəfindən yüksək mükafatla təltif edilib. Qısa müddətdə, iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Biz bu şəffaflıq prinsiplərini bütün sistemimizə – dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq etməliyik və bu müsbət təcrübəni yaymalıyıq. Konkret tapşırıqlar verilib və əlavə tədbirlərin görülməsi üçün indi iş gedir. Təhlükəsizliklə bağlı tədbirlər indi bütün ölkələri düşündürür. Biz bu işlərlə ciddi məşğuluq və məhz buna görə Azərbaycanda kriminogen durum çox müsbətdir. Biz adambaşına düşən cinayətlərin sayının azlığına görə dünyada ən yaxşı yerlərdən birini tuturuq”.

Prezident xatırladıb ki, Azərbaycanda siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, forumlar, mədəniyyətlərarası forumlar keçirilir: “Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Qlobal Bakı Forumu keçirilib. Azərbaycanda Beynəlxalq Humanitar Forum keçirilir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Biz gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsini təmin edəcəyik. Bu gün Bakı, Azərbaycan regionun iqtisadi, siyasi və mədəni mərkəzlərindən biridir”.

Previous Post

Prezident: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycana o qədər də böyük problem yaratmayıb”

Next Post

Azərbaycanda Respublika Günü qeyd edilir

Bənzər yazılar

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45

Azərbaycan Mətbuat Şurasının IX qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Elchi.az xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq, qurultayı...

Next Post

Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda Respublika Günü qeyd edilir

Son xəbərlər

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

16 Oktyabr 2026 - 16:58
Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

16 Oktyabr 2026 - 16:45
Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

16 Oktyabr 2026 - 16:36
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

16 Oktyabr 2026 - 16:29
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

16 Oktyabr 2026 - 16:17
“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

16 Oktyabr 2026 - 16:10
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

16 Oktyabr 2026 - 16:02
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12
Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

16 Oktyabr 2026 - 11:48
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.