"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

07 Mart 2022 - 11:48
in MANŞET
FacebookVatsap

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Bunu da oxuyun

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

Putin Moskvanın Ukrayna üzrə kompromislərlə razılaşdığını bildirib

Elchi.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir”.

Previous Post

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Next Post

Bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub – SİYAHI

Bənzər yazılar

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

20 Noyabr 2026 - 12:22

“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyası (YAP)...

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

19 Noyabr 2026 - 20:21

Badamdarda sürüşmə prosesi aktiv fazadadır. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. "Sorğunuza cavab olaraq bildiririk ki,...

Putin Moskvanın Ukrayna üzrə kompromislərlə razılaşdığını bildirib

Putin Moskvanın Ukrayna üzrə kompromislərlə razılaşdığını bildirib

19 Noyabr 2026 - 17:08

Moskva, o cümlədən Ankoricdə keçirilən görüşlər zamanı ABŞ-nin Ukrayna nizamlanması üzrə təklif etdiyi kompromislərlə razılaşıb, lakin görünən odur ki, Kiyev...

Zelenski: ABŞ və Çin Rusiyanı münaqişəyə son qoymağa məcbur edə bilər

Zelenski: ABŞ və Çin Rusiyanı münaqişəyə son qoymağa məcbur edə bilər

19 Noyabr 2026 - 11:27

Zelenski: ABŞ və Çin Rusiyanı Ukraynadakı münaqişəyə son qoymağa sövq edə bilər. Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "NBC...

Next Post
Ağdam üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam ləğv edilib

Bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub - SİYAHI

Ağdam üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam ləğv edilib

Bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub - SİYAHI

Son xəbərlər

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirildi

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirildi

20 Noyabr 2026 - 12:29
Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

20 Noyabr 2026 - 12:22
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

20 Noyabr 2026 - 12:16
Azərbaycan parataekvondoçusu dünya çempionu olub

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

20 Noyabr 2026 - 12:10
FHN-in yüksək nəticə göstərmiş idmançıları ilə görüş keçirilib

FHN-in yüksək nəticə göstərmiş idmançıları ilə görüş keçirilib

20 Noyabr 2026 - 11:59
Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq

Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq

20 Noyabr 2026 - 11:46
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar

Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar

20 Noyabr 2026 - 11:38
Media subyektləri və fərdi jurnalist müsabiqələrinin keçirilməsi qaydalarında yeniliklər bilinib

Media subyektləri və fərdi jurnalist müsabiqələrinin keçirilməsi qaydalarında yeniliklər bilinib

20 Noyabr 2026 - 11:25
FHN Qusarda hoteldə təlim keçirib – VİDEO

FHN Qusarda hoteldə təlim keçirib – VİDEO

20 Noyabr 2026 - 11:18
Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb

Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb

20 Noyabr 2026 - 11:09
Tramp Kim Çen Inla görüş üçün qapını açıq saxlayır

Tramp Kim Çen Inla görüş üçün qapını açıq saxlayır

20 Noyabr 2026 - 10:58
Kosmik gəmi Merkuriyə çatdı: Orbitə ikinci missiya

Kosmik gəmi Merkuriyə çatdı: Orbitə ikinci missiya

20 Noyabr 2026 - 10:48
“GTA 6” oyununun satışları 2 milyard dolları keçərək yeni rekord qırdı

“GTA 6” oyununun satışları 2 milyard dolları keçərək yeni rekord qırdı

20 Noyabr 2026 - 10:37
Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb

Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb

20 Noyabr 2026 - 10:22
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır – FAKTİKİ HAVA

Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır – FAKTİKİ HAVA

20 Noyabr 2026 - 10:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.