Prezident Rəcəb Tayyib Ərdoğanın Dünya Hökumət Zirvəsindəki çıxışında İsrailə verdiyi mesaj xarici mətbuatda bir çox qəzetin manşetlərində yer alıb.
Elchi.az bu barədə Türk mediasına istinadən xəbər verir.
Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökuməti Zirvə Toplantısında çıxış edərək, “İsrail müstəqil Fələstin dövlətinin varlığını qəbul etməlidir. Fələstinli qardaşlarımızı heç vaxt tərk edilmiş, köməksiz və tək qoymayacağıq. “Biz sülhü təmin etməyə hazırıq”-deyib.
Ərdoğanın açıqlamaları dünya mətbuatında geniş işıqlandırılıb.
Nuranə Məmmədova