Prezident Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb.
Elchi.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Rabitə Müdirliyindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əlaqələr, regional və qlobal problemlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub.
Nuranə Məmmədova