Prezident Azər Xəlilovu təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Azər Nəriman oğlu Xəlilovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Elchi.az xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb. A.Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.