"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Praqadakı müzakirələrin arxa fonu

07 Oktyabr 2022 - 13:43
in MÖVQE
FacebookVatsap

“Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan dördtərəfli formatda görüş keçirdi.
Azərbaycan-Ermənistan ali səviyyəli dialoqunun Praqa raundu danışıqlar masasının konfiqurasiyasını yeni elementlərlə zənginləşdirən platforma rolunu oynadı.
Azərbaycan sülh müqaviləsinə doğru çətin eşalonları keçib, indi ortada qalan mövzular daha çox texniki məsələ kimi xarakterizə oluna bilər, hərçənd ki, bunun özü də həddindən artıq asan məsələlər siyahısında yer almır”.

Bunu da oxuyun

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“İlham Əliyev dördtərəfli görüşün birinci hissəsindən sonra Azərbaycan telekanallarına verdiyi müsahibədə sülhə yavaş-yavaş yaxınlaşıldığını deyib və bu sahədə Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirib.
Bu o deməkdir ki, Avropa İttifaqının sülh təşəbbüsləri əsasən bütün oyunçuların maraqlarına cavab verən ideyaları stimullaşdırır, çünki Avropa Birliyinin məqsəd və vəzifələri sırasında böyük siyasi ambisiyalar yox, ali iqtisadi parametrlər dayanır.
Görüşün təşkilindəki təşəbbüskarlar – Avropa İttifaqı və bu birliyin əsas hərəkətverici qüvvəsi Fransa Rusiya ilə kəskinləşən gərgin münasibətlər xətt tərəfdarı deyil və bir növ ABŞ-la Moskva arasındakı gərginliyi azalda bilən vasitəçilik missiyası ilə addımlar atırlar.
Hərçənd ki, Fransa, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini erməni maraqlarına işləyən müstəviyə sürükləmək üçün dəridən-qabıqdan çıxırdı, lakin mövcud geosiyasi reallıqlar onun bu niyyətlərini havaya sovurdu.
Mövzunun Fransa üzrə istiqamətini inkişaf etdirmək üçün dördtərəfli formatdakı görüşdən öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Əliyevlə Paşinyanın qeyri-formal görüşünün baş tutmasına diqqət çəkmək lazımdır.
Ərdoğan regionda Türkiyənin ağırlıq mərkəzi rolunda çıxış etdiyinin mesajlarını Makrona ötürür, elə buna görə də, Makrona zarafat və ironiya ilə “Gəl səni də Türk Dövlətləri Təşkilatına qəbul edək” deyir. Onun Əliyev və Paşinyanla görüşünü Macarıstanın baş naziri Viktor Orban da müşayiət etdi.
Mesajın hədəfi budur ki, TDT alternativ bir mərkəzə çevrilmək potensiallarına malikdir və təşkilatın Avropada da dəstəkçisi var. Ərdoğanla Əliyevin Praqadakı təmasları bir növ TDT-nin hadisələrə reaksiyasını rəmzləşdirirdi.
Ərdoğan özünün vasitəçiliyi ilə keçirilən Əliyevlə Paşinyanın görüşündə Makronu ofsaydda saxlamağı bacardı. Ərdoğan Türkiyənin Cənubi Qafqazdakı mövcudluq radiusunu genişləndirməyi hədəfləyir və bu istiqamətdə üzdə görünən nəticələrlə yanaşı ictimaiyyətə açıqlanması məqbul sayılmayan addımlar da atılır.
Ərdoğan Praqada keçirdiyi görüşlərdən sonra təşkil etdiyi mətbuat konfransında Ermənistanla və Paşinyanla ikitərəfli görüşünə dair suallara adət etdiyimiz siyasi-diplomatik manevrlərlə cavab verdi.
Görünür ki, ortada olan razılaşmalar danışıqlara zərbə vurmamaq və ya rəqib tərəflərin əks-fəaliyyətinə rəvac verməmək üçün açıqlanmır.
Hərçənd ki, Paşinyan yenə də əl-ayağa düşərək vurnuxacaq və beynəlxalq dəstək axtarışlarına girişəcək, bununla belə, bu, sülhyaratma prosesinə həlledici bir zərbə vuracaq məzmun qazanmayacaq.
Praqanın ötən gün şahidlik etdiyi gərgin siyasi danışıqların Azərbaycan-Ermənistan üzrə hissəsi nəhayət Əliyev-Paşinyan-Mişel-Makron danışıqlarının yekunu kimi bəyanatın qəbulu ilə nəticələndi.
Bəyanatda ən vacib məqam Azərbaycan və Ermənistanın BMT-nin Nizamnaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etmələridir.
Əslində, həmin bənd mahiyyət etibarı ilə yeni bir nida sayılmır, ona görə ki, Paşinyan özü də əvvəllər 1991-ci ildəki ərazi bütövlüyünə dair sənədlərə istinad edərək onu qəbul etdiyini bildirib.
Ancaq bu dəfə bəyanat formasında bunun ifadəsi önəm daşıyır və sülh müqaviləsinin bəndləri üçün ikitərəfli və çoxtərəfli formatda ortaq məxrəc yaradaraq xüsusi əhəmiyyət qazanır. Bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq.
İkinci istiqamət budur ki, bu sənəd də Ermənistanın əlinə Qarabağ mövzusuna vurğu edən kontekst vermir və Azərbaycan öz ərazisindəki ermənilərin hüquqlarını daxili qanunvericilik funksiyaları ilə tənzimləmək hüququnu möhkəmləndirir.
Üçüncü, bəyanat sadəcə Ermənistanın sülhdən boyun qaçırmaması üçün vacib sənəd hesab oluna bilər, lakin mümkündür ki, sonrakı gedişatlarda Ermənistan Azərbaycanın delimitasiyaya dair tələblərinin həcmi ilə razılaşmasın.
Həmin an isə növbəti hərbi əməliyyatlara zəmin yaradan yeni başlanğıc nöqtəsi ola bilər. Görüşdə açıqlanmasa da, hesab etmək olar ki, sentyabrdakı sərhəd toqquşmalarının ərazi üzrə dəyişiklik yaradan nəticələri müzakirə masasında yer alıb və Ermənistandan bufer zonaya dair zəmanətlər tələb edilib. Lakin bunun konturlarının həmin görüşdə dəqiqləşdirilməsi inandırıcı gəlmir, sadəcə ola bilər ki, Əliyev Paşinyan qarşısında vaxt qoyub.
Bəyanatda Avropa İttifaqının sərhəddəki missiyası da razılaşdırılıb.
Belə ki:

-Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasına köməklik edəcək.

-Azərbaycan da həmin missiya ilə əməkdaşlıq edəcək.

-Missiyanın fəaliyyəti müvəqqətidir, iki ay üçün nəzərdə tutulub.

Missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir.
Ermənistanın Avropa İttifaqı missiyasını öz sərhədlərinə buraxmasını, Rusiya özünə atılan kəllə kimi dəyərləndirə bilər və bu mənada, Moskva İrəvanı cəzalandırmaq üçün yeni mexanizmləri dövriyyəyə salacaq.
Azərbaycan və Türkiyə prosesləri, rəqib güclərin qızışaraq Cənubi Qafqaz regionunu poliqona çevirmək həddinə çatdırmamaqda maraqlıdır.
Hərçənd ki, Avropa İttifaqı və Fransa birgə monitorinq missiyası yaradaraq regiona daxil olmaq planlarını işə salmaq istəyirdi və bu, həm Ankaranın genişlənən maraqlarına qarşı idi, həm Bakının maraqları ilə ziddiyyət təşkil edirdi, həm də Rusiyanı qıcıqlandıra bilərdi.
Azərbaycan öz ərazisində belə missiyaya razılıq vermədi, çünki bu, dünyanın qapaqları atan qazanları fonunda regiona təhdid gətirə bilərdi.
Ümumilikdə Praqadakı görüşlər və əldə edilən nəticələr Azərbaycanın maraqları ilə tam üst-üstə düşür, ancaq bundan əvvəl Fransa Ermənistana havadarlıq havasına girərək Bakıya təzyiq etmək istəyirdi.
Bununla belə, İlham Əliyevin göstərdiyi qətiyyət və prinsipiallıq, Türkiyənin Azərbaycana həlledici hərbi-siyasi dəstəyi, Rusiyanın Bakı ilə qarşıdurma yaratmaq meylindən qaçması, Avropa İttifaqının tərəzisində Bakının ağırlığı Azərbaycanın əlini gücləndirən vasitələrə çevrildi.
Proseslər Azərbaycanın və Türkiyənin qırmızı xətlərinə yaxın durmaq həddinə qədər çata bilməyəcək, çünki Fransanın ABŞ-la əl-ələ verərək atdığı addımların effektivlik dərəcəsi yoxdur.
PROQNOZLAR:

Sülh müqaviləsinə yaxınlaşma onu göstərir ki, sənədin qaralama mətni hazırdır. Buna baxmayaraq, Azərbaycan İrəvandan zəmanətlər almaq üçün şərtlər seriyasını davamlı hala salacaq.

İrəvan sülh gündəliyini qara rənglə boyamağa cəhdlər göstərəcək və Azərbaycanın güc tətbiqi ilə üzləşmək riski ilə qarşılaşa bilər.

Rusiya hələlik Praqa danışıqlarının nəticələrini qısqanclıqla qarşılamayacaq, lakin ABŞ həmin yekunu öz xeyrinə çevirmək məqsədləri güdərsə, Moskvanın cavabı olacaq.

İnandırıcı gəlmir ki, Rusiya onun çətiri altından çıxıb Qərbə sığınmağa çalışan Ermənistana dəstək dursun, buna görə də, Kreml Azərbaycana sərmayə yatıraraq İrəvana başqa təzyiqləri işə salacaq”.

Yeganə

Previous Post

Praqadakı müzakirələrin arxa fonu

Next Post

Tiflisdən Bakı və İrəvana növbəti təklif

Bənzər yazılar

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan "töhmət və qışqırıq"...

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

03 İyun 2026 - 11:36

Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

03 İyun 2026 - 11:20

Zaxarova Makronun açıqlamalarında ikililik gördü. Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları bir-birini istisna edir; onlarda ikililik aşkar...

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

03 İyun 2026 - 11:00

ABŞ Dövlət Katibi Marko Rubio dedi: "İsrailin Qəzzanın 70%-ni işğal etmək planı Prezident Donald Trampın 20 maddəlik sülh planının bir...

Next Post
Tiflisdən Bakı və İrəvana növbəti təklif

Tiflisdən Bakı və İrəvana növbəti təklif

Tiflisdən Bakı və İrəvana növbəti təklif

Tiflisdən Bakı və İrəvana növbəti təklif

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.