EN RU

“Porsche” ilə adam öldürənin biznesmen atası: “14 yaşlı uşağı həbs edərlər?”

"Porsche" ilə adam öldürənin biznesmen atası: “14 yaşlı uşağı həbs edərlər?”04-05-2017 14:13

Dünən saat 16:00 radələrində “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.

Elchi.az-ın məlumatına görə, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb.

Bunu da oxuyun

O, bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…”-deyə qeyd edib.

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Elchi.az

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com