Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəzi ukraynalı hərbçilərin məhbuslarla qeyri-insani davranmasına və onların cəzasız qalacağına inanmasına diqqət çəkib. Elchi.az xəbər verir ki, o, bu barədə Tvitter-də yazıb.
Diplomat bəzi amerikalı muzdluların “Ukraynada müharibə aparmaq üçün beynəlxalq qaydalar barədə narahat olmağa dəyməz” qənaətində olduqlarını bildirən “The Nev York Times” nəşrini xatırladıb. “Onlara eyni şeyi edən bütün ukraynalı millətçiləri də əlavə edin və məhbuslara qarşı bu qeyri-insani rəftarın haradan gəldiyini anlayacaqsınız” deyə vurğulayıb.
Polyanski daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya və Ukrayna ciddi hərbi hadisələrin astanasındadır və bu hadisələr Kiyevin xeyrinə deyil. onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə silah tədarükü davam edərsə, Rusiyanı döyüş meydanında məğlub edə biləcəyi barədə Qərbə verdiyi vədlərin girovuna çevrilib.
Havar Şəfiyeva