KİV-in məlumatına görə, söhbət “hava-yer” raketinin fraqmentlərindən gedir.
Elchi.az xəbər verir ki, aprelin 27-də Polşanın baş prokuroru və ədliyyə naziri Zbiqnev Ziobro respublika ərazisində naməlum hərbi hava qüvvələri obyektinin qalıqlarının aşkar edildiyini açıqlayıb.
Polşanın baş prokuroru bildirib ki, “Bıdqoşdan on kilometr aralıda meşədə hərbi hava obyektinin parçaları tapılması ilə bağlı” icraat başlanılıb və bu proses Qdansk rayon prokurorluğunun hərbi şöbəsi tərəfindən aparılır. Polşa Milli Prokurorluğu.
Bundan əlavə, Zebro qeyd edib ki, hadisə yerində hərbi mütəxəssislər, hüquq-mühafizə orqanları, jandarm, eləcə də hərbi əks-kəşfiyyat xidmətinin nümayəndələri işləyir.
RMF radiostansiyasının məlumatına görə, söhbət “hava-yer” tipli raketin fraqmentlərindən gedir.
Şayəstə Hüseynova