Polşanın “EuRoPol GAZ” şirkəti “Qazprom”a qarşı 1,4 milyard dollarlıq iddia qaldırıb

263

Elchi.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Yamal-Avropa qaz kəmərinin Polşa hissəsinin sahibi olan Polşanın EuRoPol GAZ şirkəti Stokholmdakı Ticarət Palatasında arbitrajda Rusiyanın “Qazprom” şirkətinə qarşı 6 milyard PLN (1,4 milyard dollardan çox) təzminat iddiası qaldırıb. Bu barədə Polşa baş nazirinin müavini və dövlət aktivlərinə nəzarət naziri Yaçek Sasin RMF24 radiostansiyasına bildirib.
“Qaz tranzitinə cavabdeh olan “EuRoPol GAZ” qaz nəqli üçün ödənilməmiş borcun təxminən 850 milyon PLN (təxminən 220 milyon dollar) geri qaytarılması üçün “Qazprom”a qarşı arbitrajda iddia qaldırıb”. Bundan əlavə, “EuRoPol GAZ” “Hazırda Rusiya qazını daşımaması” səbəbindən “Qazprom”dan “itirilmiş mənfəət”ə görə 5 milyard zlotidən (təxminən 1,2 milyard dollar) çox almaq niyyətindədir”, – o əlavə edib.
Sasinin sözlərinə görə, 2010-cu ildə Polşa hakimiyyəti Rusiya firmasının 2045-ci ilə qədər EuRoPol GAZ-dan istifadə edərək Avropaya qaz tədarük edəcəyini gözləyərək “Qazprom”la “mənfəətsiz müqavilə” bağlayıb. “Sələflərimizdən fərqli olaraq, biz heç vaxt rusların qarşısında diz çökməmişik,” deyən Sasin, “Bizim sələflərimiz isə hansısa heyrətamiz şəkildə rusların bizə qoyduğu şərtlərlə razılaşdılar və Polşaya qaz tədarükünü şaxələndirməyə ehtiyac görmədilər”.
Polşa qazın pulunu rublla ödəməkdən imtina etdiyi üçün Polşaya təbii qazın tədarükü bir ildən çox əvvəl Qazprom tərəfindən dayandırılmışdı.

Nuranə Məmmədova