Ukraynanın boru zavodları ölkənin Polşa ilə sərhədindəki keçid məntəqələrinin blokadası ilə bağlı vəziyyətə görə istehsalını dayandıra bilər.
Elchi.az-ın məlumatına görə, bu barədə ölkənin “Ukrtruboprom” mədən-metallurgiya kompleksinin sənaye assosiasiyasının saytında məlumat verilib.
“Ukrtruboprom”un bildirdiyinə görə, Ukrayna-Polşa sərhədində boru yüklü çoxlu yük maşınları dayanıb, nəticədə çatdırılma müddəti artıb. Assosiasiya xəbərdarlıq edib ki, tətilin digər Şərqi Avropa dövlətlərini də əhatə etməsi təhlükəsi var.
“Əgər bu baş verərsə, cəbhəyanı rayonlarda yerləşən demək olar ki, bütün boru zavodları dekabrın ortalarından istehsalı dayandırmalı olacaq”, – hesabatda deyilir.
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır
Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...





















Son şərhlər